FACT-INFO.AZ » CƏMİYYƏT » XİN Cümhuriyyətin 100 illiyinə həsr olunan kitab çap edib
29-05-2018, 08:45 | CƏMİYYƏT
XİN Cümhuriyyətin 100 illiyinə həsr olunan kitab çap edib

Xarici İşlər Nazirliyinin (XİN) mətbaut xidmətindən Azadinform-a verilən məlumata görə, kitab XİN və nazirliyin nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə çap olunub.

Kitab 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edərək, girişdən və beş fəsildən ibarətdir.

Girişdə 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı, AXC-nin qurulmasında müstəsna rol oynamış Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlərin fəaliyyəti, eyni zamanda, Azərbaycan diplomatiyasının uğurları, habelə AXC-nin mənəvi varisi sayılan müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu öndərin siyasi kursunu davam etdirən cənab İlham Əliyevin fəaliyyətinə toxunulub. Kitabın birinci fəsli “Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti” adlanır. Bu fəsildə ölkəmizin geostrateji, geoiqtisadi və geosiyasi məsələlərinə yer verilib.

Kitabın ikinci fəsli “Azərbaycan: Müsəlman şərqində ilk demokratik respublika (1918-1920)” adlanır. Bu fəsildə 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verməsi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə məlumatlar verilərək, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı vurğulanıb. Həmçinin ikinci fəsildə erməni təcavüzü, “31 mart soyqırımı”, ermənilərin Azərbaycan torpağında məqsədli şəkildə məskunlaşdırılması siyasətinin aparılması kimi məsələlərə toxunulub. AXC-nin istiqlal bəyannməsinin mətni, müvəqqəti müstəqillik dövründə parlamentin, milli ordunun, ilk polis bölməsinin, Bakı Dövlət Universitetinin təsis olunması, müstəqil jurnalistika və mətbuatın formalaşması, Qafqaz Müsəlmanları İdarəsinin Tiflisdən Bakıya köçürülməsi və bunun əhəmiyyəti, AXC-nin xarici siyasəti, Paris sülh müqaviləsi, Dünya birliyi tərəfindən Azərbaycanın de-fakto tanınması və həmin dövr üçün vacib hesab edilən digər məsələlər barədə məlumatlar verilib.

Kitabın üçüncü fəsli “Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)” adlanır. Bu fəsildə AXC-nin süqutu, Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycanın bitməyən problemləri, Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ məsələsi, Azərbaycanın əzəli torpaqlarında yaradılmış Ermənistanın öz ərazisini genişləndirmək siyasəti, represiya dövrü, Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər, 1988-ci ildən etibarən yenidən başlayan erməni təcavüzü və işğalı, qanlı 20 yanvar hadisələri ilə bağlı məlumatlar öz əksini tapıb.

Kitabın dördüncü fəsli “Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi (1991-2003)” adlanır. Bu fəsildə müstəqilliyin ilk illərində ölkə daxilində baş verən siyasi və iqtisadi problemlər, xaricdən gələn təhdidlər, erməni işğalı, ölkəmizin 20% torpaqlarının işğal olunması, Xocalı soyqırımı, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi, milli qurtuluş günü, bu dövrdə Azərbaycanın hərbi gücünün artırılması, aparılan xarici siyasətin uğurları, atəşkəsin elan olunması, əsrin kontraktının imzalanması, ölkə iqtisiyadiyyatının dirçəlməsi və sair məsələlərə toxunulub.

Kitabın beşinci fəsli “Azərbaycan yeni minilliyin astanasında (2003-2018)” adlanır. Bu fəsildə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 15 ildə keçdiyi inkişaf mərhələləri, Azərbaycan ordusunun düşmən ordusundan müqayisə olunmaz dərəcədə güclənməsi, dünya ölkələrinin rəqabətə davamlılıq reytinqində Azərbaycanın qonşuları qabaqlaması və layiqli yer tutması, neft sənayesinin inkişafı, əsrin ikinci müqaviləsinin bağlanması, ölkədə beynəlxalq nəqliyyat layihələrinin əsasının qoyulması, investisiyaların cəlb olunması, ölkənin xarici valyuta ehtiyatının artması, turizmin inkişaf etdirilməsi, sosial sahələrin inkişafı, Azərbayanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, konstitusiya dəyişiklikləri, demokratik prinsiplərin qorunması, Azərbaycanın xarici siyasətinin şəffaflığı, beynəlxalq münaqişələrdə ədalətli mövqe sərgiləməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Kitabın nəticə hissəsində Azərbaycan dövlətinin uğurları, hazırkı inkişaf tempini qoruması üçün atdığı addımlar, gələcək perspektivləri, inkişaf etmiş ölkələr sırasına daxil olmasına yönəlmiş möhkəm zəminin yaradılmasına toxunulub. Qeyd edək ki, ərəb dilində qələmə alınan “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” adlı kitabın müəllifi Azərbaycanın Misirdəki səfirliyinin mətbuat attaşesi Emil Rəhimovdur.




Baxış sayı: 1 665
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30