Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb. İ. Qəhrəman görüşdə Qarabağ məsələsinə toxunub və bildirib ki, "Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır". Komitə sədri F. Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib: "İnanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək". F. Muradov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. "İnsanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir, - deyə komitə sədri əlavə edib.
Baxış sayı: 1 489
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

