Bunu APA-ya açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib. “Ağdam atçılıq təsərrüfatı ilə tanış oldum. Dövlət başçısının göstərişi ilə atçılıq təsərrüfatının inkişafı üçün investisiya qoyuluşu təmin edilir. Bu ilin sentyabr ayınadək təsərrüfatda atların sayının artırılması, onlara qulluq və Qarabağ at cinsinin ən yüksək səviyyədə yetişdirilməsi üçün şərait yaradılacaq“, - deyə nazir söyləyib.
İ. Kərimov ölkə ərazisində fəaliyyət göstərən iri və xırdabuynuzlu dövlət təsərrüfatlarında da yenidənqurma işlərinin aparılacağını bildirib. O, xaricdən gətirilən toxumların qiymətinin baha və məhsulun keyfiyyətinin aşağı olmasından narazı qalan fermerlərin bu narahatlığına son qoyulacağını vurğulayıb: “Məhsuldarlığın artırılmasında əsas şərtlərdən biri keyfiyyətli toxumla təmin edilməkdir. Bizim toxum fondumuz var, əsas məqsədimiz bu prosesi yenidən revizə etməkdir. Çalışacağıq ki, Azərbaycan istehsalı olan toxumlar yaradaq”.
Baxış sayı: 3 348
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

