Komitədən AZƏRTAC-a bildiriblər ki, Navid Hasan Naqvi Rövşən Rzayevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. Təbrikə görə təşəkkür edən komitə sədri Rövşən Rzayev Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Görüşdə Navid Hasan Naqvi məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verib. Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir. Komitə sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin bundan sonra da uğurla icra olunacağına əminliyini ifadə edib. Navid Hasan Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Baxış sayı: 1 768
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

