FACT-INFO.AZ » CƏMİYYƏT » Şəhid atası: "Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırdı"
20-02-2018, 08:25 | CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırdı"

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dostları, döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şəhid məzunun tələbəlik dövründən bəhs edən İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev Mahirin məsuliyyətli, çalışqan olmaqla yanaşı, eyni zamanda vətənpərvərliyi ilə hamının sevimlisinə çevrildiyini qeyd edib. Millət vəkili, UNEC-in "Qiymət və qiymətləndirmə" kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı xalqımızın vətənin bütövlüyü, azadlığı uğrunda canından keçmiş qəhrəman övladlarına həmişə dəyər verdiyini, şəhidlərimizin xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb. O, UNEC ailəsinin Mahir kimi qəhrəmanlarla qürur duyduğunu bildirib.

M.Mirzəyevin atası Sabir Mirzəyev oğlunun gənc yaşda dünyadan köçməsini faciə hesab etsə də, onun vətən uğrunda şəhid olmasını qürurverici məqam adlandırıb. Mahirin şəhidliyinin ona minlərlə oğul qazandırdığını deyən S.Mirzəyev Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda Mahirlə birlikdə şəhid olanların açdığı zəfər yolunun xalqımızın tarixinə şərəflə yazıldığını vurğulayıb.

UNEC-in I kurs magistri, şəhidin bacısı Aygül Mirzəyeva, Mahirin qrup yoldaşları və döyüşçü dostları onunla bağlı xatirələrini bölüşüb, dostlarının həyata keçməyən arzularının bu gün onların əməllərində yaşadığını bildiriblər. Tədbirdə Mahirin tələbəlik illərindən hazırlanan videoçarx nümayiş etdirilib. Qeyd edək ki, Mahir Mirzəyev 2015-ci ildə UNEC-in İqtisadiyyat fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. Mahir 2016-cı ildə, aprel döyüşlərində cəbhənin Tərtər rayonu istiqamətində qəhrəmanlıqla şəhid olub. O, aprelin 9-da torpağa tapşırılıb.




Baxış sayı: 1 714
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30