AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "AzInTelecom" MMC-nin inzibati binasında "IT və IT təhlükəsizlik üzrə" üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda "AzInTelecom" MMC tərəfindən göstərilən xidmətlər və həllər, həmin xidmətlərlə bağlı "AzInTelecom" MMC-nin öhdəlikləri və informasiya təhlükəsizliyi müzakirə edilib, "AzInTelecom"un "Data Mərkəzi"nin infrastrukturu, "İaaS" xidmətlərinin ("İnfrastruktur xidmət kimi") göstərilməsi üçün tətbiq olunan texnologiyalara dair təqdimat keçirilib. Görüşdə IT Komissiyası üçün "Data Mərkəzi" turu təşkil olunub. Qonaqlar Data Mərkəzinin infrastruktur imkanları, tətbiq olunan ən müasir texnologiyalar ilə tanış olublar.
İclasda, həmçinin qrupun hər ilin may ayında Bakı şəhərində keçirdiyi "IT və IT Təhlükəsizlik üzrə Konfrans"ın gündəliyi müzakirə edilib.
Baxış sayı: 1 751
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

