"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün ABŞ Avropanın qaz təchizatı marşrutlarının şaxələndirilməsi siyasətini dəstəkləyir. "Çünki, güclü Avropa bizə zəruri olan tərəfdaşdır. Biz bu tərəfdaşlarımızla üzləşdiyimiz çağırışlara qarşı birgə mübarizə apara bilirik. Təhlükəsizlik məsələsi isə ABŞ üçün prioritetlərdəndir. Biz bu gün bu toplantıda iştirak etdik. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlər indiki kimi davam edərsə, bu həm beynəlxalq səviyyədə, həm də Avropa səviyyəsində təhlükəsizliyi təmin edəcək", - deyə Syu Saarnio vurğulayıb.
Baxış sayı: 1 835
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

