FACT-INFO.AZ » CƏMİYYƏT » Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
13-02-2018, 09:25 | CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. Akademik bildirib ki, tarixçi alimlərin kollektiv əsəri olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqatı rus, ingilis, rumın, italyan, ispan və ərəb dillərinə tərcümə edilərək dünya ölkələrində yayılıb. Bu yaxınlarda “İrəvan xanlığı” kitabı türk və alman dillərində də çap olunacaq. Prezident Yeni Azərbaycan Partiyasının VI qurultayında real tarixi faktlara, tarixi həqiqətə əsaslanaraq bildirib: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”.

Y.Mahmudov deyib: “Ermənilər bütün dünyada saxtakar təbliğat işi aparır və iddia edirlər ki, guya onlar bu regionun ən qədim əhalisidir. Guya Azərbaycan xalqı bura haradansa köçüb gəlmədir. Bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza və Azərbaycana, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmədilər. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir. Herodot təsdiq edir ki, ermənilər Balkan yarımadasından Van gölünün ətrafına köçüb gəlmiş frigiyalıların nəsilləridir. Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu torpaqlara Osmanlı imperiyası və İran ərazisindən çar Rusiyası tərəfindən köçürülüb gətiriliblər. Onların köçürülmələri barədə əlimizdə minlərlə arxiv sənədləri var.

1918-ci il mayın 29-da beynəlxalq təzyiq nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvanın ermənilərə verilməsi barədə qərarı Azərbaycan üçün səhv qərar idi. Həm də Milli Şuranın 28 üzvündən 16 nəfər bu qərara səs vermişdi. Yəni qərar üçdəiki səs çoxluğu olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olan deputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest verdilər ki, bu, qeyri-qanuni qərardır. Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Həmin öhdəliklər sırasında Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyi, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılması dururdu. Həmçinin Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü. Bununla yanaşı, Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər”.

Akademik diqqətə çatdırıb ki, ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Bununla da Batum müqavilələrinin müvafiq maddələri, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci il 29 may tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

“Stanislav Tarasov “Regnum”dakı yazısında tarixi faktları inkar etməklə yanaşı, 2008-ci ildə səsləndirdiyim fikri də təhrif edib. Mən bugünkü bəyanatımda söylədiyim kimi, Milli Şuranın qərarını Tarasovun uydurduğu kimi “xəyanətkar” yox, səhv qərar adlandırmışam. Görünür, böhtançılıq Tarasovun köhnə peşəsidir. Tarix tarixliyində qalır. Ənvər paşa 1918-ci il mayın 27-də Vehib paşaya göndərdiyi teleqramında yazırdı: “Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaq və bizim üçün Şərqdə bir Bolqarıstan daha yaranacaq...”. Ermənilərə və ermənipərəst dairələrə bildirirəm ki, 1918-ci il mayın 29-da 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı.

Bəyan edirəm ki, Ermənistandakı faşist rejimi işğalçıdır”, - deyə Y.Mahmudov bildirib.

Müasir Ermənistan Respublikasının ərazisinin Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olduğunu vurğulayan akademik diqqətə çatdırıb ki, Tarix İnstitutu 2016-2017-ci illərdə İrəvan xanlığının tarixi ilə bağlı çoxlu sayda əsər nəşr etdirib. Həmin əsərlərdə Azərbaycanın qədim mədəniyyət mərkəzi İrəvan şəhərinin necə dağıdılması öz əksini tapıb. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Əsgərlərimiz bilməlidirlər ki, təxribat törədən ermənilərin ayaqlarının altındakı torpaq Azərbaycan torpaqlarıdır. Düşmən heç zaman Azərbaycan torpağında azərbaycanlılara qalib gələ bilməz. Bu gün Ermənistan dövlətini idarə edənlər öz siyasi xətlərini əsaslı şəkildə yenidən qurmalı və dəyişdirməlidirlər. Tarixi şəhərimiz olan İrəvanda oturub bizə qalib gəlmək mümkün deyil. Qonşu torpağında yaşayıb torpağın əsl sahibi ilə belə davranmazlar.




Baxış sayı: 1 822
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30