Almaniya Federativ Respublikası (AFR) hökuməti "Almaniya üçün alternativ" sağçı populist partiyasından federal torpaq parlamentində təmsil olunan bir neçə deputatın Krım yarımadasına səfərini bəyənmir. "Biz bu cür səfərlərə prinsipial dərəcədə kritik yanaşırıq", - deyə AFR kanslerinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan edib.
AZƏRTAC xəbər verir ki, federal hökumət "Almaniya üçün alternativ" partiyasının üzvlərinin Krıma səfərini KİV-in yaydığı məlumatlardan öyrənib. Zaybert deyib: "Biz ona diqqət yetiririk ki, beynəlxalq birlik Krımın beynəlxalq hüquqa zidd ilhaq edilməsini tanımamaq siyasəti yürüdür. Biz bu mövqeyi qeyd-şərtsiz dəstəkləyirik". O, bu cür səfərləri həyata keçirənləri müəyyən hallarda Ukrayna tərəfindən gözlənilə bilən hüquqi nəticələr barədə xəbərdar edib. AFR parlamentinin üzvləri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gedəndə, təəssüf ki, Almaniya hökuməti bundestaqın deputatlarını etik normalara əməl etməyə çağırmır. Bu isə ikili standartların növbəti təzahürüdür.
Baxış sayı: 1 660
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

