FACT-INFO.AZ » CƏMİYYƏT » “LIVEJOURNAL”: Cənubi Qafqazın ən nüfuzlu xanımı
3-02-2018, 10:10 | CƏMİYYƏT
“LIVEJOURNAL”: Cənubi Qafqazın ən nüfuzlu xanımı

Bu yaxınlarda, daha dəqiq desək 2017-ci il dekabrın 26-da Moskvadakı Xilaskar İsa Kafedral Kilsə Məbədinin Taxt-tac salonunda Moskvanın və bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif edib. Mehriban Əliyevaya bu mükafat “Rus Pravoslav Kilsəsinə yardımına və Həştərxan şəhərinin abadlaşdırılmasına göstərdiyi qayğıya görə” təqdim edilib. Bununla əlaqədar belə bir sual yaranır: Mehriban Əliyeva nə iş görüb ki, belə bir yüksək ordenlə təltif olunub. Sən demə, buna əsaslı səbəb var imiş. İnternetdə onun haqqında məlumat çoxdur. Biz Mehriban xanımın kimliyini və onu məşhurlaşdıran məsələləri araşdırmağa çalışdıq.

Onu Cənubi Qafqazın ən nüfuzlu xanımı adlandırırlar, müasir dəbin simalarından biri hesab edirlər və artıq bir ilə yaxındır ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsində çalışır. İnsanlar bu xanımın müdrikliyinə və gözəlliyinə heyrandırlar. Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan biri olacaq. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Mehriban xanım tələbəlik dövründə Azərbaycan Respublikasının indiki Prezidenti, o vaxt hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında oxuyan İlham Əliyevlə ailə qurub.

Zahirən kövrək bir qadın olan Mehriban Əliyeva bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr edib. O, dörd ildən artıq müddətdə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib, sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” adlı xeyriyyə fondunu yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs” adlı mədəni-tarixi jurnal təsis edib və bu nəşrin redaktoru olub.

Mehriban Əliyevanın öz ölkəsində və bütün dünyada statusunu nəzərə almamaq olmaz. Prezidentin xanımı, indi isə həm də Azərbaycanın Birinci vitse-prezidenti respublikada mühüm bir qurum olan Heydər Əliyev Fonduna başçılıq edir. 2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan bu Fondun prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır. Mehriban Əliyeva deyir: “Həqiqi mərhəmət real işlər görülməsini, konkret addımlar atılmasını tələb edir. Ən dəhşətlisi laqeydlik və biganəlikdir. Bunlar olmamalıdır. Sən istər ictimai xadim ol, istər dövlət xidmətində çalış, sadəcə, insanlığı qoruyub saxlamaq lazımdır”. Mehriban Əliyevanın son altı ildə rəhbərlik etdiyi, imic əhəmiyyəti kəsb edən layihələrə diqqət yetirək:

-Bakıda “Eurovision-2012”; -2015-ci ildə Avropa Oyunları;

-2017-ci ilin mayında Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunları. O, Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi uğurla təkzib edir. Mehriban Əliyeva karyerası dövründə dəfələrlə müxtəlif fəxri təltiflərə layiq görülüb. Məsələn, Fransa Respublikasının “Fəxri Legion Zabiti” ordeni və UNESCO-nun Qızıl “Motsart medalı”. 2005-ci ildə o, ictimai, mesenatlıq və xeyriyyə fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfələrə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Azərbaycanın birinci xanımı dəfələrlə vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurlu inkişafı çox vacibdir. Məhz bu səbəbdən o, Azərbaycanda rus dilinin inkişafına, respublikadakı rusdilli orta və ali təhsil müəssisələrinə bu cür qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidentinin fikrincə, “Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulur və dostluq, qarşılıqlı anlaşma və sıx əməkdaşlıq xarakteri daşıyır”.

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi respublika isteblişmentində onun yüksək statusunu rəsmən təsbit edib. Necə deyərlər, birinci xanım dövlətdə ikinci şəxsdir. Onun bu vəzifəyə təyin edilməsinə ictimaiyyətin münasibəti birmənalı olmasa da, Azərbaycan və Rusiya xalqları bu xəbəri çox səmimi və müsbət qarşıladılar. Çünki birinci xanımın həm öz ölkəsində, həm də Rusiyada necə böyük hörmət qazanması və onun öz xalqının mənafeyi naminə gördüyü işlərə görə necə sevilməsi məlumdur. Zəngin iş təcrübəsinə malik olan Mehriban Əliyeva bu vəzifəyə təyin ediləndən dərhal sonra fəal və qətiyyətli işlərə başlayaraq ölkə Prezidentinin düzgün qərar qəbul etməsini sübuta yetirdi.

Mehriban Əliyevanın uğurları təkcə siyasi və ictimai fəaliyyətlə məhdudlaşmır. O, həm də qayğıkeş həyat yoldaşı və üç övlad böyüdən xoşbəxt anadır. Əliyevlər ailəsi nümunəvi ailədir. Təntənəli tədbirlərdə Prezident və xanımı həmişə birgə iştirak edirlər. Ailə qurmalarından 30 ildən çox keçməsinə baxmayaraq, onlar bir-birinə sevgi və qarşılıqlı hörmət hisslərini qoruyub saxlayıblar. Buna görə onlara heyran olmamaq mümkün deyil. Mehriban xanım öz ailəsini çox sevir və həmişə onun yanında olmağa çalışır, çünki onun fikrincə, məhz ailə dəyərləri birinci yerdə olmalıdır.

Bütün bunlarla bərabər, ötən illər ərzində Mehriban Əliyeva həm də dəbin həqiqi siması sayılıb. Birinci ledinin fotoşəkilləri dünyanın moda nəşrlərinin səhifələrindən düşmür. Onun qüsursuz zövqü və gözəlliyi stilistlərin və dizaynerlərin dilinin əzbəridir. Həqiqətən, zaman keçdikcə bu xanımın məlahəti əsla azalmır. Mehriban xanımı çox vaxt qızları ilə dəyişik salırlar. Məsələn, Ağ evdə Əliyevlər ilə ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin ailəvi görüşü zamanı maraqlı bir hadisə olub: tədbirdə təhlükəsizliyi təmin edən ABŞ xüsusi xidmətlərinin agentləri Əliyevlər ailəsi ilə ilk görüş zamanı Azərbaycan ailəsinin nümayəndələrindən kimin ana və kimlərin onun qızları olmasını dərhal anlaya bilməyiblər. Təsadüfi deyil, dünya birliyi Mehriban Əliyevanı ən cazibədar birinci xanım hesab edir.

Bütün bunlara və bir sıra başqa səbəblərə görə Mehriban Əliyeva elə bir siyasətçidir ki, dünyanın hər yerində onun haqqında danışırlar və danışmaq istəyirlər. Heç şübhəsiz, Mehriban Əliyeva hazırda karyerasının zirvəsindədir. Lakin onun xarakterini, özünə inamını və son dərəcədə dözümlü olmasını nəzərə alaraq cəsarətlə deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində inanılmaz dərəcədə populyarlığı əsil fenomendir. Onun Rus Pravoslav Kilsəsi isə onun gördüyü xeyirxah işləri ordenlə mükafatlandırıb.




Baxış sayı: 1 926
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031