FACT-INFO.AZ » CƏMİYYƏT » Səməd Seyidov: Azərbaycan həqiqətlərini daha yüksək tribunalardan dünyaya çatdırmaq üçün yeni imkan qazandıq
24-01-2018, 09:35 | CƏMİYYƏT
Səməd Seyidov: Azərbaycan həqiqətlərini daha yüksək tribunalardan dünyaya çatdırmaq üçün yeni imkan qazandıq

AŞPA-da seçkilər nəticəsində əldə etdiyimiz uğur Avropa Şurasının Bürosu və Assambleyasında iclaslara sədrlik edərək ölkəmizin səsinin daha yüksək tribunalardan eşidilməsinə yeni imkan yaradır. Bu uğurumuz Prezident İlham Əliyevin müdrik xarici siyasətinin nəticəsidir. Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilmiş Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Azərbaycanın Avropa Şurası, onun Parlament Assambleyasında daim fəal iştirak etdiyini vurğulayan S.Seyidov deyib: “Müxtəlif mülahizələr var idi ki, Azərbaycan AŞPA-da müxtəlif problemlərlə qarşılaşacaq, amma dövlətimizin başçısının apardığı siyasət sayəsində nümayəndə heyətimiz Avropa strukturlarında və bu gün AŞPA-da ən yüksək tribunanı qazanmaq imkanı əldə etdi. Bu imkan bizə Azərbaycanın maraqlarını, onun ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları ən yüksək səviyyədə çatdırmaq imkanı yaradır. Qış sessiyasına rotasiya prinsipi əsasında yenilənmiş nümayəndə heyəti ilə gəlmişik. Müxtəlif partiyaları təmsil edən deputatlarımız artıq öz fəaliyyətləri ilə Milli Məclisdə fərqlənirlər. Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul olunub və onlar qurumun tam səlahiyyətli üzvləridir. Bu, bir daha göstərir ki, deputatlarımız bu qurumda çox fəaldırlar. Onlardan bəziləri komitə və alt komitə sədri, ölkələr üzrə məruzəçi olublar. Qiş sessiyasında deputatlarımız Sevinc Fətəliyeva və Vüsal Hüseynov çox vacib məsələlərlə bağlı məruzə hazırlayıblar. Dağlıq Qarabağ icmasının üzvü olan nümayəndəmiz qurumda müxtəlif görüşlər keçirib, əlaqələr yaradıb. AŞPA 2 il qurumun ən çətin komitələrindən biri olan qaçqınlar və məcburi köçkünlərlə bağlı komitəyə sədrlik edən Sahibə Qafarovaya xüsusi təşəkkür məktubu ünvanlayıb. Ümumiyyətlə, hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq deputatlarımız Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər barədə AŞPA üzvlərini məlumatlandırırlar. Ermənistan prezidenti AŞPA-da çıxış edəcək. Bu fürsətdən istifadə edib onun da qarşısında lazımi məsələləri qaldıracağıq. Biz haqq yolundayıq, ölkəmizin və xalqımızın maraqlarını müdafiə edən yoldayıq. Fikrimizi və mülahizələrimizi ən yüksək səviyyədə çatdırmaq iqtidarındayıq və çatdıracağıq”.




Baxış sayı: 1 745
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30