Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şübhəsizdir. Bunu ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı fikirləri barədə AZƏRTAC-a açıqlamasında deyib. Ə.Qənizadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin iclasında torpaqlarımızın düşmən tapdağından azad olunması haqqında söylədiyi fikirlər Silahlı Qüvvələrimizin hərbi qüdrətini tam əhatəli ifadə edir: “Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şübhəsizdir və birmənalıdır. Torpaqlarımızı işğalda saxlayan Ermənistan rəhbərliyi də bunu çox yaxşı bilir. Ermənilər onu da yaxşı bilirlər ki, işğal olunmuş əraziləri yaxın vaxtlarda qeyri-şərtsiz tərk etmədikləri təqdirdə Azərbaycan Ordusu döyüşlərə başlasa özlərini mənasız itkilərə və ağır sınaqlara məhkum etmiş olacaqlar. Onlara məsləhət görürəm ki, özlərini yenidən bu təhlükəyə atmasınlar, real həqiqətlərə söykənərək düzgün qərar qəbul etsinlər və torpaqlarımızdan rədd olsunlar”.
Baxış sayı: 1 860
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

