FACT-INFO.AZ » İQTİSADİYYAT » UNEC sahibkarlıq universitetinə çevrilmə yolunda
27-12-2017, 08:30 | İQTİSADİYYAT
UNEC sahibkarlıq universitetinə çevrilmə yolunda

UNEC-in sahibkar universitet modelini inkişaf etdirməyi hədəflədiyini diqqətə çatdıran rektor, professor Ədalət Muradov bu istiqamətində həyata keçirilən layihələrdən söz açıb. O, UNEC-in iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa başladığını bildirərək, “UNEC2B” Platformasının mahiyyətindən bəhs edib. Sahibkarlıq universiteti modelinin inkişafında mühüm rol oynayan insan kapitalına diqqət çəkən rektor, bu sahədə UNEC-in tələbələrinin yüksək potensiala malik olduğunu vurğulayıb. Ə.Muradov UNEC-in sahibkarlıq modelinə əsasən innovativ sahibkarlığın əsasını tələbə startaplarının təşkil edəcəyini diqqətə çatdırıb.

UNEC Biznes Məktəbinin direktoru Asəf Əsədov “UNEC-də innovativ sahibkarlığın inkişafı: İnnovativ startaplar Ekosistemi” mövzusunda təqdimatla çıxış edib. O, tələbələrə startapda uğur qazanmaq üçün ən vacib üç faktoru açıqlayıb: “İnnovativ ideyanın dəyəri, onun əvvəlcədən prototipə, sonradan isə müştərini cəlb edən kommersiya məhsuluna çevrilməsi və üzvlərinin biri-birini bilik və bacarıqları ilə tamamlayan dayanaqlı komandanın yaradılması”. A.Əsgərov UNEC-də yeni yaradılacaq startapların radikal innovasiyalar üzərində çalışmasını və bunun üçün uzunmüddətli strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb. Startaplar üçün ən vacib anlayaşları izah edən mərkəz direktoru UNEC-də innovativ sahibkarlıq modelinin yaradılması və hansı startaplara üstünlük veriləcəyi barədə danışıb.

Görüşdə bildirilib ki, mentorlar startapçılar üçün biznes və yumşaq bilikləri, o cümlədən komanda işi, liderlik və “lean” startap marketinq modeli üzrə təlimlər təşkil edəcəklər. İnnovasiya modellərinin tətbiq edilməsi üçün təklif edilən layihələrin informasiya kommunikasiya texnologiyalarına əsaslanan təhsil və təlim texnologiyaları, elektron maliyyə və marketinq texnologiyaları və yaşıl texnologiyalar üzərində köklənəcək. Startapların ayrı-ayrı komandalar kimi işləməklə yanaşı, bir-birinə dəstək verən startaplar ekosistemi kimi fəaliyyət göstərəcəyi də vurğulanıb. Tələbələrin bilik və bacarıqları, eləcə də novator ideyalara sahib olduqları önə çəkilən görüşdə UNEC-in startaplarının yaxın gələcəkdə ölkədə və regionda lider şirkətlər kimi formalaşacağına əminlik ifadə olunub. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.




Baxış sayı: 1 847
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30