APA-nın yerli bürosunun məlumatına əsasən, mərasimdə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, iqtisadiyyat naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze və digər rəsmi şəxslər iştirak edib.
G.Kvirikaşvili Anaklia limanının Gürcüstan və region üçün əhəmiyyətindən danışıb: “Anaklia limanı unikal layihə olmaqla yanaşı, Gürcüstanın “İpək yolu” xəritəsində mövqeyini möhkəmləndirəcək. Limanın işə düşməsi ilə Gürcüstanda bir sıra dəyişikliklərə start veriləcək”.
Yeni “İpək yolu”nun bir hissəsi olacaq Anaklia limanının tikintisinin 2020-ci ildə başa çatacağı gözlənilir. İlkin mərhələdə layihəyə 540 milyon dollar investisiya qoyulacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. Liman tikinti işləri tam başa çatmadan, yəni iki ildən sonra ilk gəmiləri qəbul edə biləcək. Qeyd edək ki, ötən ay Tbilisidə Anaklia limanı və Bakı Beynəxlalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Baxış sayı: 1 799
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

