FACT-INFO.AZ » CƏMİYYƏT » Birinci vitse-prezident Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib
7-12-2017, 11:00 | CƏMİYYƏT
Birinci vitse-prezident Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyeva məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin yeni binasında görülən işlər barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verdi.

Bildirildi ki, bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə məktəbə Leopold və Mstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülərək yerində yenisinin inşasına başlanılıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 14 avqust tarixli Sərəncamına əsasən musiqi məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün vəsait ayrıldı. Qısa vaxt ərzində görülən işlər nəticəsində məktəb şagirdlərini yenidən qəbul etməyə hazırdır. Birinci vitse-prezident Mehriban Əliyeva musiqi məktəbində yaradılan şəraitlə tanış oldu.

Hazırda bu məktəbdə 600 şagird təhsil alır. Onlara 114 müəllim – professor, Bakı Musiqi Akademiyasının müəllimləri, Əməkdar incəsənət xadimləri, Xalq artistləri sənətin sirlərini öyrədirlər. Musiqi məktəbində 110 yerlik akt zalı, 34 sinif otağı, habelə 5 inzibati otaq, kitabxana və səsyazma studiyası var. Məktəbin bütün avadanlığı və inventarı təzələnib, o cümlədən təhsil müəssisəsinə 12 royal, 24 fortepiano alınıb. Burada 7 yaşından təhsillərinə başlayan şagirdlər fortepiano, simli və nəfəs alətləri və xalq çalğı alətləri şöbələrində musiqi biliklərinə yiyələnirlər. Son 10 il ərzində məktəbin 23 şagirdi Prezident təqaüdünə layiq görülüb. Həmçinin son iki ildə məktəbin 25 şagirdi beynəlxalq və respublika müsabiqələrinin qalibi olub. Onların əksəriyyəti nadir ixtisaslar – saksofon, fleyta və trambon üzrə qalib olanlardır. Bu gün musiqi məktəbinin məzunları Simfonik, Kamera orkestrlərində ifa edirlər, Musiqi Akademiyasında fəaliyyət göstərirlər. Vətəni Azərbaycanla hər zaman fəxr edən Mstislav Rostropoviç etiraf edirdi ki, onun enerjisinin sirri – genetika və Bakı iqlimindədir. Azərbaycana olduqca bağlı olan dahi musiqiçinin xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Musiqiçinin vətənində onu yad edir və sevirlər. Azərbaycan paytaxtında Rostropoviçin bir çox xatirə yerləri var. Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalının keçirilməsi də bir ənənəyə çevrilib. Leopold və Mstislav Rostropoviçlərin adını daşıyan musiqi məktəbi isə bu dahi sənətkarın xatirəsinə hörmətin daha bir təzahürüdür. Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin kollektivinə uğurlar arzuladı.(Azərtac)




Baxış sayı: 1 746
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30