“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının Bakı Bəyannaməsi qəbul olunub. Bəyannamədə ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklər bir daha təsdiq edilib. Həmçinin dövlətlərin suverenliyi, ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyi qeyd olunub, bu əməllərdən çəkinmənin vacibliyi bildirilib.
Bəyannamədə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin regionda dialoq və etimadın gücləndirilməsində əhəmiyyətli rolu bir daha vurğulanıb. Sənəddə, həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səylərin artırılması, sülh, təhlükəsizlik, regional əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.
Bəyannamədə 7-ci nazirlər konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə minnətdarlıq ifadə edilib.
Baxış sayı: 1 480
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

