FACT-INFO.AZ » İQTİSADİYYAT » ABŞ mediasında Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti müzakirə olunub
3-11-2017, 09:35 | İQTİSADİYYAT
ABŞ mediasında Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti müzakirə olunub

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı münasibətilə ABŞ-ın nüfuzlu və geniş auditoriyaya malik “Con Batçelor Şou” radio verilişi canlı yayımda Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovdan müsahibə alıb.

Müsahibə zamanı aparıcı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdıraraq, təxminən 850 km uzunluğu olan bu yolun Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütövlükdə regionun inkişafına töhfə verəcəyini diqqətə çatdırıb, bu üç ölkənin birgə necə uğurlu əməkdaşlıq etməsi ilə bağlı səfirə sual ünvanlanıb.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini, hər üç ölkənin və xalqın maraqlarına və rifahına xidmət etdiyini vurğulayıb. Tarixi İpək Yolunun yenidən canlandırılmasında mühüm bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirlərinin, Türkmənistanın, Tacikistanın və digər ölkələrin rəsmilərinin iştirak etdiyi, bu faktın özünün layihənin region üçün əhəmiyyətinin göstəricisi olduğu bildirilib. Səfir deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bir çoxları Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdı və onun reallaşmasını qeyri-mümkün hesab edirdilər. Bu layihə üç ölkə arasındakı dostluğun və qardaşlığın nəticəsidir”.

Daha sonra aparıcı Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edib. İlkin mərhələdə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşıma potensialına malik yolun Avropa ilə Asiya bazarlarını bir-birinə bağladığını deyən aparıcı üç ölkə arasında bu sahədə əməkdaşlıqla bağlı səfirin fikirlərini soruşub.

E.Süleymanov Azərbaycan, Gürcüstan və Türkiyənin əvvəlki dövrlərdə enerji sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm əhəmiyyətə malik birgə layihələr həyata keçirdiklərini, hazırda isə Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin inşası üzərində işlədiklərini vurğulayıb. O, Bakı-Tbilisi-Qars dəmir yolunun qeyri-enerji sektorunda ilk belə irimiqyaslı layihə olduğunu söyləyib. Səfir ABŞ ilə Avropa İttifaqının (Aİ) da bu dəmir yolunu dəstəklədiyini və rəsmi açılış münasibətilə bəyanat verdiklərini vurğulayıb. Qeyd edilib ki, Aİ yaydığı bəyanatda həmin dəmir yolunun Şərq Tərəfdaşlığı, eləcə də Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun gəldiyini bildirib.

Sonda aparıcı Bakı-Tbilisi-Qars dəmir yoluna ABŞ tərəfindən göstərilən dəstəyə, habelə bu layihənin region ölkələri ilə bu sahədə əməkdaşlığa marağının artmasına toxunaraq, bu xüsusda ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində həm Azərbaycanda, həm də Gürcüstanda gömrük və sərhəd keçid məsələlərinə həsr olunmuş təlimlərin təşkil edildiyini bildirib.

Aparıcının Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinə dair sualını cavablandıran səfir əlverişli coğrafi mövqeyə malik ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olduğunu, Şərq-Qərb və Şimal-Cənub yollarının kəsişməsində yerləşdiyini, eləcə də mühüm enerji layihələrinin təşəbbüskarı və müəllifi kimi çıxış etdiyini bildirib. O deyib: “Azərbaycan NATO-nun Şimal Təchizat Şəbəkəsi çərçivəsində ABŞ ilə yaxından əməkdaşlıq edir. Bununla yanaşı, ölkəmiz ABŞ ilə əlaqələrə böyük diqqət yetirir və bu münasibətlərin inkişafı hər iki tərəf üçün faydalıdır”. Müsahibənin tam versiyasını https://player.fm/series/the-john-batchelor-show/azerbaijan-starts-the-silk-road-of-iron-rails-elinsuleymanov internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, “Con Batçelor Şou” verilişi gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanalları tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Bu gündəlik şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.(Azərtac)




Baxış sayı: 1 795
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30