Küveytin məşhur “Ən-Nəhar” qəzetində Azərbaycanın turizm potensialına həsr olunmuş məqalə dərc edilib. Qəzetdə böyük turizm imkanlarına malik Azərbaycanın xarici ölkələrdən, xüsusilə ərəb dövlətlərindən turistləri cəlb etmək üçün bir sıra tədbirlər və proqramlar həyata keçirdiyi qeyd edilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.
Qəzet yazır ki, ölkəmizdə mövcud infrastruktur, əsrarəngiz təbiət, mülayim iqlim, iri ticarət mərkəzləri və ən əsası bir çox əmtəələrin qiymətlərinin ucuzluğu istirahət və alış-veriş edənləri cəlb edən əsas amillərdəndir. Bu ilin 8 ayı ərzində xarici turistlər ölkəmizdə 703 milyon dollar xərcləyiblər, bu da ötən illə müqayisədə 100 milyon dollar çoxdur. Qəzetdə o da diqqətə çatdırılıb ki, bu yay “Şahdağ” Qış-Yay Turizm Kompleksində 40 min turist istirahət edib, onların da 68 faizi əcnəbilərdir. Bu ilin 8 ayı ərzində Azərbaycana 2 milyon 71 min xarici turist gəlib, bunların da əksəriyyəti Rusiya, İran və ərəb dövlətlərinin vətəndaşları olub.
Yazıda Bakı Şopinq Festivalı ərzində təqdim olunan maraqlı təkliflərə, o cümlədən tətbiq olunan “Tax-free” sisteminə, turist paketlərinə də toxunulur.
Baxış sayı: 1 576
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

