FACT-INFO.AZ » CƏMİYYƏT » Şura 2018-ci il fəaliyyət planı ilə bağlı qərarlar qəbul edib
23-10-2017, 21:45 | CƏMİYYƏT
Şura 2018-ci il fəaliyyət planı ilə bağlı qərarlar qəbul edib

Şura sədri, deputat Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il üçüncü rübdəki fəaliyyət barədə hesabat, icrası başa çatmış layihələr, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili məqsədi ilə yaradılmış İşçi Qrupunun fəaliyyət istiqamətinin müəyyən olunması, Rusiya Federasiyasının İctimai Palatası arasında Əməkdaşlıq və Birgə Fəaliyyət haqqında Memorandumun imzalanması və Şuranın maliyyə yardımı ilə hazırlanan filmlərin festivalının keçirilməsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq müvafiq istiqamətlər üzrə cari ilin üçüncü rübündə həyata keçirilən işlər haqqında məlumat verib. F. Qurbanov qeyd edib ki, Şəmkir, Mingəçevir və Şirvan şəhərlərində ölkənin 33 rayonunda fəaliyyət göstərən QHT-lərin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda konfranslar keçirilib. Şuranın Qhtxeber internet saytı və “Vətəndaş Cəmiyyəti” jurnalı QHT-lərə informasiya xidmətini 2017-ci ilin üçüncü rübündə də davam etdirib.

İcraçı direktor bildirib ki, ötən rüb ərzində 5 QHT Şuranın dəstəyi ilə beynəlxalq toplantılarda iştirak edərək ölkəmizi təmsil edib. 147 QHT-nin layihəsinin icrası, həmçinin Şuranın dəstəyi ilə yaradılmış Bakı Resurs və Təlim Mərkəzinin fəaliyyəti ilə bağlı monitorinq aparılıb. Şuranın 2017-ci il qrant müsabiqəsi çərçivəsində icra olunmuş 199 QHT-nin layihəsinin başa çatması ilə əlaqədar müvafiq akt bağlanıb.

Fərasət Qurbanov 2008-2016-cı illərdə Şuranın maliyyə yardımı ilə hazırlanan filmlərin festivalının keçirilməsi məqsədi ilə görülmüş işlər və tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə yaradılmış Münsiflər Heyətinin fəaliyyəti barədə də geniş məlumat verib. Şura üzvləri Şahin İsmayılov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Nərgiz Xələf, Emin Həsənli, Anar Xəlilov və Rufiz Qonaqov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Şura sədri Azay Guliyev yubiley tədbirlərinin və film festivalının təşkili və bir sıra cari məsələlərin icrası ilə bağlı Şura üzvləri və Katiblik əməkdaşlarına tapşırıqlarını verib. İclasda 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün Şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupuna yeni şəxslərin üzvlüyə daxil edilməsi və fəaliyyət istiqamətləri ilə bağlı qərar qəbul olunub.




Baxış sayı: 1 842
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30