FACT-INFO.AZ » CƏMİYYƏT » Xilaskar ordunun tərənnümü təsviri sənətimizdə
20-09-2017, 08:55 | CƏMİYYƏT
Xilaskar ordunun tərənnümü təsviri sənətimizdə

Belə ki, çox vaxt baş verən müxtəlif hadisələrin, döyüşlərdə şücaət göstərən insanların, millətin yaradıcı istedadını əyaniləşdirən memarlıq tikililərinin təsvirləri gələcək nəsillər üçün qürurverici qaynaq kimi böyük əhəmiyyət kəsb edir.

Odur ki, təsviri sənət ustalarının həm zamanında, həm də sonrakı dövrlərdə xalqının tarixini bədii tutumda əks etdirən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri hadisə, obraz və obyektə tutulan estetik məziyyətli "bədii güzgü" kimi zamansızlığa qovuşaraq, yaşananların gerçəkçi ifadəsi olaraq çoxqatlı dəyər daşıyır. Milli təsviri sənətimizin çoxəsrlik tarixi belə əsərlərlə zəngindir desək, yanılmarıq. Bu mənada müstəqillik dövründə uzaq-yaxın keçmişimizə baxışın ideologiya zəncirindən azad olması müəlliflərə həm də əsərlərin mövzu dairəsini və obraz seçimini daha da genişləndirməyə imkan verdiyini söyləmək olar.

Azərbaycan rəssam və heykəltəraşlarının Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinə müxtəlif janrlı əsərlər həsr etmələri də bunun göstəricisi sayıla bilər. Hər il sentyabr ayının 15-nin ölkəmizdə xüsusi olaraq qeyd olunması da məhz həmin xilaskar ordunun Bakını daşnak-bolşevik və ingilis dəstələrindən azad etməsi ilə bağlıdır... Məlumat üçün bildirək ki, 37 yaşlı general-mayor Nuru Paşanın (1881-1949) başçılığı ilə bu Ordu 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq, əzəli Azərbaycan torpaqlarını yağılardan təmizləyib. Ordunun sentyabrın 15-də bolşevik-daşnak dəstələri üzərindəki qələbəsi isə düşmənlərin daha çox toplaşdığı Bakının azad olunmasını şərtləndirib.

Bu yerdə əlavə edək ki, Türkiyənin Birinci Dünya müharibəsindəki uğursuzluqlarından və 1918-ci ilin oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri, o cümlədən də Nuru Paşanın (Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Bununla belə, cəsur hərbçinin ölkəmizin XI Ordu tərəfindən işğalından sonra da Azərbaycana qayıtması və xalqı bolşeviklərə qarşı mübarizəyə səsləməsi barəsində məlumatlar mövcuddur.

Məlumat üçün onu da bildirək ki, tarixə həm də "Tripoli qəhrəmanı" ayaması ilə daxil olan cəsur sərkərdə təqaüdə çıxandan sonra İstanbul yaxınlığında dəmirtökmə zavodu açıb. Burada İkinci Dünya müharibəsi dövründə sifarişlə hərbi sursat istehsal olunub. Elə Nuru Paşanın özü də 1949-cu ildə burada baş vermiş partlayış nəticəsində həlak olub.

Sovet dönəmində Qafqaz İslam Ordusunun xalqımızın həyatında oynadığı rol barəsində məlumatlar məlum səbəblərdən gizlin saxlanılıb, bu orduya başçılıq etmiş Nuru Paşa və onun silahdaşlarının qəhrəmanlıqları geniş ictimaiyyətə çatdırılmamışdır. Amma müstəqillik illərində bu sahədə Azərbaycanda müəyyən addımlar atılıb. Şəhidlər xiyabanında xilaskar türk əsgərlərinin şərəfinə memarlıq abidəsinin ucaldılması, Qobustan rayonu (Acıdərə) ərazisindəki türk zabiti məzarının abadlaşdırılması bunun əyani görüntüsü sayıla bilər.

Yeri gəlmişkən deyək ki, Nuru Paşanın xatirəsinə, onun əbədiləşdirilməsinə münasibət Türkiyənin özündə də arzulanan səviyyədə olmayıb. Belə ki, onun İstanbulun Ədirnə Qapı məzarlığındakı qəbri uzun müddət baxımsız qaldığından yarasız vəziyyətə düşmüşdü. Bir qrup Azərbaycan ziyalısının Türkiyə səfəri zamanı bu biganəlik gündəliyə gətirilib və müvafiq orqanların işə qarışmasından sonra məzarın bərpasına qərar verilib. Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə bu xeyirxah iş başa çatdırılıb. Hazırda Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilən görkəmli hərbçinin abad məzarı üzərində Azərbaycanın və Türkiyənin bayraqları dalğalanmaqdadır...

Müstəqillik illərində ideoloji asılılıqdan azad olan Azərbaycan təsviri sənətində Nuru Paşa obrazının geniş yer alması həm də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının tarixi mövzuda ən yaxşı əsərlərin yaradılması məqsədilə keçirdikləri müsabiqə-sərgi ilə bağlı olub. Ədalət xatirinə demək lazımdır ki, hələ bu sənət yarışması keçirilməzdən əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Bəxtiyar Yusifov diplom işini Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycana gəlişinə həsr edib. "Zəfər yürüşü" adlanan çoxfiqurlu üfüqi kompozisiyada cəsur komandan ağ atın belində xilaskar ordunun önündə təsvir olunub.

İşıqlı səma altında şəhərə yaxınlaşan döyüşçülərin hərəkətlərində düşmən üzərində qələbəyə inamın ifadəsi qabarıq hiss olunmaqdadır. Atlıların əllərində dalğalanan ay-ulduzlu qırmızı türk bayraqları da Bakıya yaxınlaşan dəstənin ünvanından xəbər verir. Döyüşçülərin kətan boyu düzülüşündəki özünəməxsus axıcı ritmdə həm də qətiyyətə bələnmiş dinamika duyulmaqdadır. Əsərin yığcam rənglərdən ibarət nikbin koloriti də xilaskar ordunun növbəti qələbəsinə bədii işarə kimi düşünülmüşdür...

Gəncəli fırça ustası Faiq Abdullayevin çəkdiyi "Nuru Paşanın Gəncədə qarşılanması" tablosunda adından da göründüyü kimi, cəsur hərbçi qədim şəhərin küçələrindən birində təsvir olunub. Müəllifin təqdimatında onun xilaskar ordunu qarşılayan şəhər əhalisi ilə görüşü duyğulandırıcı çalarlarla zəngindir. At belində onu qarşılamağa çıxan əli qırmızı bayraqlı insanların çöhrələrinə hopmuş nikbinlikdə baş verənlərin gəncəlilərin böyük sevincinə səbəb olduğunu görmək mümkündür. Nuru Paşanın arxasındakı qədim memarlıq tikilisinin, sağdakı azman Gəncə çinarının buludları dağıdan mavi səma ilə qovşağının bədii təqdimatı əsəri monumentallığa bələməklə, onun kifayət qədər cəlbedici və duyğulandırıcı görünməsini şərtləndirmişdir. Əsər tamamlanandan sonra Türkiyənin Gəncədəki konsulluğuna hədiyyə olunmuşdur.

Qeyd edək ki, gəncəli rəssamın Nuru Paşa obrazına müraciət etməsi bu vaxta qədər onunla bağlı bir məsələnin aydınlaşmasına da kömək edib. Əsər üzərində işləyərkən məlum olub ki, Faiq Abdullayevin mənbə kimi istifadə etdiyi fotonun məşhur sərkərdəyə heç bir dəxili yoxdur. Bu məsələdə rəssamın heç bir günahı yox idi. Çünki o vaxta qədər bütün Türkiyə və Azərbaycan mənbələrində Nuru Paşa məhz bu şəkillə təqdim olunurdu. Əslində isə həmin foto Qafqaz İslam Ordusunun Azərbaycana gəlmiş digər bir zabitinə - Cəmil Cahit Toydəmirə məxsus idi. Portretin tamamlanmasından sonra Gəncədə səfərdə olan bir Türkiyə hərbçisinin işə qarışması nəticəsində Ankaradan - Nuru Paşanın qızının arxivindən onun orijinal fotosu əldə olunub. Bundan sonra rəssam yenidən qəhrəmanın obrazı üzərində işləyib və onun əsərdəki Cəmil Cahid cizgilərini yenisi ilə əvəzləyib...

Tanınmış tişə ustası Arif Qazıyevin Nuru Paşaya həsr etdiyi atlı heykəl də məşhur sərkərdənin yaddaqalan obrazını özündə əks etdirir. Atın üzərindəki qətiyyətli oturuşu ilə tamaşaçıda özünə və xilaskarlıq missiyasına inam yaradan Nuru Paşanın fiquru plastikasının lakonikliyi ilə diqqət çəkir. Kompozisiyanın ifadəli siluetə malik olmasındandır ki, müəllif təqdimatında atın və fiqurun axıcı ritmində həm də dinamiklik duyulmaqdadır. Onun hazırladığı və hazırda Türkiyənin Bakıdakı səfirliyinin həyətindəki büstü də Arif Qazıyev tərəfindən hazırlanıb. Təəssüf doğuran fakt hər iki heykəltəraşlıq nümunəsinin özündə Cəmil Cahidin cizgilərini daşımasıdır...

Gəncəli heykəltəraş Cəmaləddin Rüstəmovun hazırladığı kompozisiyada da Qafqaz İslam Ordusunun komandanı at belində təsvir olunub. Plastikanın bədii-texniki ifadə imkanlarından uğurla istifadə edən müəllif Nuru Paşanın cəlbedici obrazını yaratmağa nail olub. Atlı heykəllər yaratmaqda zəngin təcrübəsi olan Cümşüd İbrahimlinin hazırladığı 12 metrlik abidə-kompozisiyanın bədii-psixoloji tutumu da görkəmli sərkərdənin Azərbaycanda nümayiş etdirdiyi qürurdoğurucu cəsurluğa müvafiqdir.

1918-ci ilin təzadlı hadisələri digər rəssamların da yaradıcılığında yer alıb. Bu mənada Arif Məmmədovun "Cümhuriyyət xadimlərinin Gəncədə qarşılanması", Ceyhun Həmzəyevin "Cümhuriyyət" və b. müəlliflərin əsərlərinin adını çəkmək olar. Bir əsr bundan əvvəl yaşanan hadisələrə bu müxtəlif müəllif münasibətlərində onların zamanında hifz etdiyi mənəvi-ruhi dəyərləri gələcəyə daşımaq istəyi duyulur. Əgər hər bir sənət əsərinin həm də müxtəlif nəsillər arasında zəngin dəyər daşıyıcısı olan qırılmaz "mənəvi zəncir" yaradılmasına xidmət etdiyini nəzərə alsaq, onda Azərbaycan təsviri sənətinin müasir yaradıcılarının bu yolda uğurlu addımlar atdığını söyləmək olar. Onların zamanında əvəzolunmaz xilaskarlıq nümunəsi göstərmiş türk hərbçilərinə bədii-tarixi münasibəti də bunu təsdiqləyir...

Ziyadxan ƏLİYEV Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru




Baxış sayı: 2 126
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30