Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri, Qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçisi Nazir Hətəmov müharibə veteranları ilə birlikdə 2-ci Fəxri Xiyabanda döyüşlərdə şərəflə canından keçən şəhidlərin məzarını ziyarət etdi.
Ziyarət zamanı şəhidlərin məzarı önünə qərənfillər qoyulub və onların ruhuna dualar oxudu.
“Bu günümüz üçün müqəddəs Şəhidlərimizə borcluyuq!” "Bolgexeber.com"un əməkdaşı Təbriz Məhərrəm oğluna ziyarətlə bağlı açıqlama verən Nazir Hətəmov bildirib ki, şəhidlərin əziz xatirəsini uca tutmaq, daim ziyarət etmək hər birimizin mənəvi borcudur. “Torpaq uğrunda ölən varsa - Vətəndir!
Bu gün 2-ci Fəxri Xiyabanda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan, öz adlarını Azərbaycanın şanlı tarixinə böyük hərflərlə yazdıran şəhidlərimizi ziyarət etdik. Şəhidlər ölmür, onlar daim bizim qəlbimizdə yaşayır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi mütəmadi olaraq ziyarət edirik və bu həmişə belə olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyərək vətənpərvər qonağımız Nazir Hətəmov açıqlamasını yekunlaşdırdı.
Baxış sayı: 1 669
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

