Bu ilin iyun-iyul aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri gələn həftə açıqlanacaq.
Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, bununla bağlı avqustun 15-i saat 15.00-da Şuranın inzibati binasında konfrans keçiriləcək.
Konfransda monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanacaq.
Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri, dilçi alimləri, teleradio yayımçılarının nümayəndələrinin konfransda iştirakı nəzərdə tutulur.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında MTRŞ və BDU-nun Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən iyun - iyul aylarında teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində monitorinqlər aparılıb.
Kütləvi informasiya vasitələri konfransda iştirak etmək hüququna malikdirlər.
Baxış sayı: 1 541
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

