Bu doğma Vətənin qədrin bilməsən,
Torpaq ağlayanda gözün siilməsən,
Şəhidlə “zirvə”ni qəlbən bölməsən,
Daha nəyə lazım “can Vətən ” demək?
Yurdunun layiqli daşı olmasan ,
Şanlı tarixini yada salmasan,
Elin bayramına heç şad olmasan,
Daha nəyə lazım ”can Vətən ” demək?
Doğma Ana dilə təəssüb çəkməsən,
Yurdunun qoynunda toxum əkməsən,
Varlığı naminə qan-tər tökməsən,
Daha nəyə lazım “can Vətən ”demək?
Himnin səslənəndə qəlbin əsməsə,
Düşməni qılınctək sözün kəsməsə,
Ürəyin qisasa heç tələsməsə,
Daha nəyə lazım “can Vətən” demək?
Gözündə xalqına iradın çoxsa,
İçində dövlətə sədaqət yoxsa,
Əməlin yurduna atılan oxsa,
Daha nəyə lazım “can Vətən” demək?
Milli təəssübkeşlik sənə yaddısa,
Yadların tikəsi sənə daddısa,
Bu halına yadlar əgər şaddısa,
Daha nəyə lazım”can Vətən” demək?
Düşmənin məkrinə ayıq olmasan,
Milli təhlükəyə sayıq olmasan,
Soyuna-kökünə layiq olmasan,
Daha nəyə lazım “can Vətən”demək?
Varlığın- Vətənin bir parçasıdır,
Vətən- həyatının gül xonçasıdır,
Hiss etməsən bu Yurd qəlb qönçəsidir,
Daha nəyə lazım “can Vətən “demək?
Daha nəyə lazım “can Vətən” demək?
Şahnaz Ağamir-Azərtürk
FACT-INFO.AZ
FAKT AZƏRBAYCAN
Baxış sayı: 2 904
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

