FACT-INFO.AZ » CƏMİYYƏT » Elçin Əhmədov: Azərbaycan və Rusiya prezidentlərinin hər görüşü uğurla davam edən ikitərəfli münasibətlərin inkişafına yeni təkan verir
24-07-2017, 08:45 | CƏMİYYƏT
Elçin Əhmədov: Azərbaycan və Rusiya prezidentlərinin hər görüşü uğurla davam edən ikitərəfli münasibətlərin inkişafına yeni təkan verir

Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü böyük marağa səbəb olub və ictimai fikirdə geniş rezonans doğurub. AZƏRTAC bu səfərin əhəmiyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədovun qeydlərini təqdim edir.

İyulun 21-də Azərbaycan Prezidentinin Rusiya Federasiyasına səfəri və dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüş çox çətin və mürəkkəb geosiyasi şəraitdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu göstərir. Görüşdə Azərbaycan və Rusiya prezidentlərinin səsləndirdikləri fikirlər bunu əminliklə söyləməyə əsas verir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşün bütün mürəkkəb problemlərin həlli yollarının axtarışına kömək edəcəyinə ümidvar olduğunu diqqətə çatdıraraq deyib: “Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq”. Vladimir Putin bildirib ki, iki ölkə arasında gələcək üçün çoxlu birgə planlar var və Azərbaycan Prezidenti ilə görüşmək, eləcə də bu istiqamətlərdə danışmaq imkanından məmnundur.

Bununla yanaşı, bu cür görüşlərin çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu diqqətə çatdıraraq deyib: “Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var”. İki dövlət arasında münasibətlərin çoxşaxəli olduğunu, həyatın praktiki olaraq bütün sahələrini əhatə etdiyini deyən dövlətimizin başçısı İlham Əliyev daha vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və regionumuzda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyacın olduğunu və bunun dostluq münasibətlərimizin inkişafına yaxşı təkan verəcəyini vurğulayıb.

Təbii ki, dövlət başçılarının görüşündə əsas müzakirə mövzularından biri də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olub. Çünki son vaxtlar qəbuledilməz sayılan hazırkı status-kvonu saxlamağa çalışan Ermənistanın cinayətkar rejiminin daim cəbhə xəttindəki təxribatları səbəbindən vəziyyət gərgin olaraq qalır və işğal faktı aradan qalxmır. Rusiya münaqişənin dinc vasitələrlə nizamlanması üçün vasitəçilik missiyasında mühüm rola malikdir. Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin 2007-ci ildən 2017-ci ilə kimi keçirilən son 19 görüşündən 11-i Rusiya prezidentinin vasitəçiliyi ilə baş tutub.

Bununla yanaşı, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da intensivləşməsində maraqlı olduğunu göstərib. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il avqustun 8-də Bakıda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlərin həyatımızın demək olar ki, bütün sahələrini əhatə etdiyini deyib. “Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir”. Rusiya Prezidenti Vladimir Putin də öz növbəsində iki dövlət arasında münasibətlərin kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malik olduğunu bildirib. Münasibətlərin şaxələndirildiyini və bütün istiqamətlər üzrə inkişaf etdiyini bildirən Rusiyanın dövlət başçısı Azərbaycanda təxminən 600 Rusiya şirkətinin işlədiyini, birbaşa investisiyaların həcminin 1,5 milyard dollara yaxın olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıblar və bu siyasət hazırda da davam etdirilir.

Bu baxımdan Soçi görüşü onu da sübut etdi ki, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən qüvvələrin niyyətləri puç və mənasızdır. Çünki Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Azərbaycan-Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu mənada Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir, xalqlarımızın və dövlətlərimizin iradəsini əks etdirir.
Elçin ƏHMƏDOV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru,
siyasi elmlər doktoru

 

 

 

 

 




Baxış sayı: 1 940
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30