FACT-INFO.AZ » CƏMİYYƏT » Şura ikinci rübdəki fəaliyyətinə yekun vurdu
22-07-2017, 09:25 | CƏMİYYƏT
Şura ikinci rübdəki fəaliyyətinə yekun vurdu

Fact-info.az xəbər verirki, Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

 İclası açan Şuranın sədr müavini Vüsal Quliyev gündəliyə təklif olunan Şuranın cari ilin ikinci rübündəki fəaliyyəti, Şuranın Apellyasiya komissiyasının sonuncu iclasının nəticələri və Şuraya təqdim olunan müsabiqədənkənar layihələrlə bağlı məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci ilin ikinci rübündə görülən işlər və Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib.Şuranın Apelyasiya komissiyasının üzvü Nərgiz Eyvazova Komissiyanın 14 iyul 2017-ci ildə keçirdiyi iclası haqqında ətraflı məlumat verib. İclasda Şuranın 2017-ci il ikinci qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan 23 QHT-nin müraciətinə baxıldığı bildirilib. 2 QHT-nin nümayəndəsi Apellyasiya komissiyasının iclasında iştirak etməyib. 14 QHT-nin layihəsi haqqında Şuranın qərarı məqbul hesab olunub. Komissiya Şuraya 9 QHT-nin layihəsinə yenidən baxılmasını tövsiyə edib. Şura müvafiq təkmilləşdirmələr və layihə sənədlərindəki qüsurların aradan qaldırılması şərti ilə 9 QHT-nin (Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi, “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi, Ailə və Ətraf Mühit İctimai Birliyi, "Qidalanma və Sağlamlıq" Nutrisioloqlar İctimai Birliyinin hər birinə 7000 manat, Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası İctimai Birliyi, "İqtisadi inkişafa və aqrar layihələrə dəstək" İctimai Birliyi, "Sosial Dayaq" İctimai Birliyi, “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi və "Kitab Yayımı İşinin İnkişafına Dəstək" İctimai Birliyinin hər birinə 6000 manat) layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.Şura üzvləri Vüsal Quliyev, Nərgiz Eyvazova, Rufiz Qonaqov, Əliməmməd Nuriyev, Emin Həsənli və Anar Xəlilov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı təkliflərini bildiriblər.Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.

 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 637
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30