Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn bütün normalarının nümayişkaranə şəkildə pozulmasından başqa bir şey deyildir. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçi söyləyib.
O deyib: “Təcavüzkar saxta demokratik prosedurların köməyi ilə öz cinayətini legitimləşdirməyə, beynəlxalq birliyi oyuncaq rejimin yaradılması faktı qarşısında qoymağa çalışır. Tarix yetərincə belə nümunə tanıyır və onların hamısının aqibəti eyni olub”.
Ali Rada deputatının sözlərinə görə, ukraynalılar işğal edilmiş ərazilərdə “prezident seçkiləri” ilə bağlı məzhəkəni birmənalı şəkildə davam edən təcavüz və Azərbaycan Respublikasına qarşı növbəti təxribat kimi qiymətləndirirlər.
Baxış sayı: 1 714
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

