"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına - ermənilərin törətdikləri sonuncu təxribata ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar konkret və qəti münasibət bildirməlidilər".
Məlumata görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Deputat qeyd edib ki, təcavüzkarın bu təxribatı cavabsız qalmayacaq və o, layiqli cavabını alacaq.
M.Qasımlı bildirib ki, bütün baş verənlər üçün məsuliyyət işğalçı, cinayətkar Ermənistan hakimiyyətinin üzərinə düşür:
"İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini mütəmadi hədəf alması, xüsusən, Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadın və 2 yaşlı körpənin öldürülməsi bu qondarma dövlətin təcavüzkar, terrorçu mahiyyətindən xəbər verir".
M.Qasımlı deyib ki, hərbçilərin olmadığı bir yaşayış məntəqəsində mülki əhalinin hədəf seçilməsi azərbaycanlıların gözünü qorxutmağa yönəlib: "Prezident İlham Əliyevin sərəncamına əsasən, bərpa edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə insanların qayıdışı işğalçı ölkəni narahat edir. Təcavüzkar ölkə təmas xəttindəki kəndlərdə erməniləri saxlaya bilmir. Onlar qaçıb gedirlər".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. (trend)
Baxış sayı: 1 783
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

