FACT-INFO.AZ » CƏMİYYƏT » ABŞ-da aparıcı yəhudi jurnalı olan AMİ-nin növbəti buraxılışı Azərbaycana həsr edilib
30-06-2017, 11:40 | CƏMİYYƏT
ABŞ-da aparıcı yəhudi jurnalı olan AMİ-nin növbəti buraxılışı Azərbaycana həsr edilib

ABŞ-da yəhudi icmasının həftəlik nəşr olunan aparıcı jurnalı AMİ-nin 28 iyun tarixli nömrəsinin böyük bir hissəsi Azərbaycana həsr edilib.

Jurnalda keçmiş Sovet İttifaqının ən yüksək vəzifəli müsəlman rəsmisi kimi yalnız ümummilli lider Heydər Əliyevin fəal surətdə səy göstərərək Sovet İttifaqı üzrə yəhudilərin ibadəti və dini adət-ənənələrini qoruması üçün şərait yaratdığı, yəhudilərə hörmət və qayğı göstərdiyi, müstəqil Azərbaycanda Prezident seçildikdən sonra dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar və hökumət arasında möhkəm əlaqələr qurduğu vurğulanır. Bu gün də onun xatirəsinin Azərbaycanda böyük hörmət və ehtiramla anıldığı qeyd olunur.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla söhbət əsasında yazılan məqalədə jurnalın siyasi müxbiri Ceyk Terks səfirlə ilk dəfə Vaşinqtonda “Trump International Hotel”də səfirliyin yəhudilərin Hanuka bayramı münasibətilə təşkil etdiyi tədbir zamanı tanış olduğunu xatırladır. O, Ramazan bayramı ərəfəsində səfirliyə gəldiyini və Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirdiyini qeyd edir. O, çətin regionda yerləşən Azərbaycanın dünyəviliyini ön plana çəkərək ölkəmizi regionda dini tolerantlığın rəmzi kimi dəyərləndirir.

Azərbaycanın 1918-ci ildə dünyada demokratik respublika quran ilk müsəlman dövləti olduğu, Rotşild, Rokfeller və Nobel ailələrinin zəngin neft ehtiyatlarına malik Azərbaycana gəldiyi, sərmayə qoyduğu və qazanc əldə etdiyi, “Nobel” mükafatının təsisçisi Alfred Nobelin öz uğurlu gələcəyini Azərbaycan nefti sayəsində qurduğu oxucuların diqqətinə çatdırılır. Sovet İttifaqının faşizm üzərində qələbəsinin məhz Bakının əsas neft istehsalçılarından biri olması sayəsində mümkün olduğu və xəbərlərin birində Adolf Hitlerin məhz Bakını tutmaq istədiyi qeyd edilir. Məqalədə Azərbaycanın bugünkü müvəffəqiyyətlərində ölkədə yaşayan hər bir icmanın nümayəndəsinə dost olan Prezident İlham Əliyevin xidmətlərinin böyük rol oynadığı vurğulanır.

Həmçinin Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan və şəhid olan yəhudi Albert Aqarunovun Azərbaycanın milli qəhrəmanlarından biri olmasından, Şuşanın ermənilər tərəfindən işğalı zamanı onun göstərdiyi şücaətdən bəhs edilir, azərbaycanlılar və yəhudi icması arasındakı bağlılığa diqqət yönəldilir.

Məqalədə dünyada çətinliklərlə üzləşən yəhudilərə Azərbaycanın hər zaman müsbət münasibəti, ölkədə yaşayan yəhudi icmasına göstərilən hörmət, Avropada yəhudilərin məhvi prosesi zamanı Bakının minlərlə yəhudinin sığınacağı olması, daha sonra dünyanın müxtəlif yerlərindən yəhudilərin təhlükəsiz yaşam üçün məhz Azərbaycana üz tutması geniş şəkildə işıqlandırılır.

Bundan əlavə, müsəlman dünyası ilə yaxşı əlaqələrə malik olan dünyəvi Azərbaycanın həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyi qeyd olunur və tədbirlərin təşkilatçılıq işlərinə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi vurğulanır.

Məqalədə Azərbaycanı tərk etmiş yəhudilərin belə Azərbaycana bağlılığı, Nyu-Yorkda yaşayan yəhudilərin Azərbaycanla əlaqələrdə, eləcə də Azərbaycanda yaşayan yəhudi icmasının İsraillə əlaqələrdə bir körpü olduğu bildirilir. Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı qəsəbədə 4 minə yaxın yəhudinin yaşadığı qeyd olunur.

Yazıda Azərbaycanda yalnız məscidlərin deyil, eyni zamanda, sinaqoq və kilsələrin tikildiyi, hökumətin yəhudilərin mədəniyyət və təhsilinin maliyyələşdirilməsində yardımçı olduğu, bütün dinlərə və təriqətlərə mənsub şəxslərə eyni münasibətin göstərildiyi öz əksini tapır.

Daha sonra müəllif Azərbaycan ilə İsrail arasındakı uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrini, Azərbaycanın İsrail və İslam ölkələri ilə əlaqələr üçün fəal surətdə platforma qurduğu, Azərbaycanın keçirdiyi Respublika Günü, Hanuka bayramı və s. tədbirlərə istinad edərək bunun Vaşinqtonda tolerantlıq və multikulturalizm nümunəsi yaratdığı qeyd edilir. Həmçinin Azərbaycanın bir sıra tədbirlərə ev sahibliyi etməsinin, habelə daha geniş formatlı bütün növ danışıqların aparılması üçün strateji bir məkana çevrilməsinin əhəmiyyəti vurğulanır.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edildiyi, həmin ərazidəki əhalinin məcburi köçkün düşdüyü təəssüflə qeyd olunur.

Ağ Evin siyasi müxbiri olan, əsasən oradakı prosesləri işıqlandıran Ceyk Terksin Azərbaycanla bağlı 6 səhifəlik məqalə yazması, yazının jurnalın həm üz, həm də internet səhifəsində işıqlandırılması ABŞ-da yaşayan yəhudilərin Azərbaycana olan bağlılığının və sıx əlaqəsinin bir nümunəsi kimi qiymətləndirilir.(Azərtac)

 

 




Baxış sayı: 1 847
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30