FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə
23-10-2026, 13:30 | TƏDQİQATLAR-ANALITIKA
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə

Həyat hər zaman insanları sınağa çəkir. Kimlərsə çəkildiyi sınaqdan alnıaçıq, kimlərsə xəcalətli çıxır. Mənim tanıdığım Aslan Aslanov Tanrının ona bəxş etdiyi həyatın sınaqlarından hər zaman üzüağ çıxan şəxsiyyətlərdəndir. Aslan müəllim həm də ona görə xoşbəxtdir ki, o, istər işlədiyi dövrdə, istərsə də təqaüdə çıxdığı dövrdə eyni hörmət və ehtiramla qarşılanır. Çünki hörmət və ehtiram qarşılıqlı olanda insanlar bir-birlərini doğma və yaxın hiss edir, hər zaman bir-birlərini görmək arzusunda olurlar.

Məndən yaşca böyük olan, mətbuat aləmində böyük nüfuz qazanmış, Ağcabədi rayon qəzetindən, dövlətin rəsmi xəbər agentliyi olan "AzərTac"ın rəhbəri kimi şərəfli yol keçən Aslan müəllimlə eyni kollektivdə işləməsəm də, hər görüşdə ondan bir doğmalıq hiss etmişəm. Aslan müəllimlə ilk tanışlığımız mənim 1998-ci ildə "Xalq qəzeti"ndə işlədiyim dövrdən başlayır. Həmin vaxt "Xalq qəzeti" "AzərTac"la bir binada yerləşirdi. İstər-istəməz günün müəyyən saatlarında binanın giriş-çıxışında rastlaşır, salamlaşıb sağollaşırdıq. Fikirləşirdim ki, yəqin ki, Aslan müəllim mənim kim olduğumu, adımı, redaksiyada nə işlə məşğul olduğumu bilmir, sadəcə nəzakət xatirinə salamlaşır. Sən demə, onun "Xalq qəzeti"nin bütün əməkdaşları haqqında, kimlərin hansı mövzularda yazdıqları barədə ətraflı məlumatı var imiş. "Xalq qəzeti"ndə işlədiyim 6 il ərzində mən qəzetdə analitik yazılar yazır, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi və tariximizin qaranlıq səhifələrini işıqlandırırdım. Gündəlik mətbuatı izləyən Aslan müəllim mənim tez-tez dərc edilən məqalələrimi oxuyaraq haqqımda müəyyən qənaət formalaşdırıbmış.

Mən 2004-cü ilin sonunda "Xalq qəzeti"ndən ayrılıb Prezident Kitabxanasında işə başladım. Bundan sonra mən Aslan müəllimi yalnız Ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər zamanı onu müşayiət edən jurnalistlərin arasında və digər dövlət tədbirlərində ekrandan görürdüm.

Uzun müddətdən sonra Aslan müəllimlə görüşümüz 2013-cü ildə Ulu öndərin anadan olmasının 90 illiyi münasibətlə Prezident Kitabxanasının "AzərTacla" birgə hazırladığı tədbir zamanı oldu. Tədbir iştirakçılarına Prezident Kitabxanası "Heydər Əliyev. Elektron sənədlər toplusu" layihəsini, "AzərTac" isə Heydər Əliyevin ömür yolundan bəhs edən fotoxronikanı təqdim edirdi. Tədbirdən bir gün öncə hazırlığın vəziyyətini öyrənmək məqsədilə Aslan müəllim Kitabxanaya gəlmişdi. O, şöbə müdiri olduğum otağa daxil olanda məni görən kimi direktor Mayıl Əhmədova üz tutub dedi ki, Nazim Mustafa sizin Kitabxana üçün tapıntıdır. Aslan müəllim mənim yazılarımı müntəzəm izlədiyini və onların əhəmiyyətini vurğuladı. Qısaca da olsa, söhbət etdik.

Aslan müəllimlə növbəti görüşümüz 2026-cı il iyunun 30-da yenə Prezident Kitabxanasında oldu. Həmin gün onun müəllifi olduğu təzə işıq üzü görmüş "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" adlanan birinci kitabının müzakirəsi keçirilirdi. Tədbir başlamazdan öncə kitabın elmi məsləhətçisi, tarix elmləri doktoru, professor Dilarə xanım Seyidzadə də gəlmişdi. Onlar İncəsənət zalında birgə söhbət edirdilər. Kitabxananın direktoru Afət xanım Abbasova onlarla həmsöhbət olmaq üçün məni İncəsənət zalına dəvət etdi. Mən içəri daxil olanda Aslan müəllim üzünü Dilarə xanıma tutub dedi ki, Nazim Mustafa təvazökar, olduğu qədər də ciddi və məhsuldar alimdir. Aslan müəllim mənim tədqiq etdiyim mövzuların əhəmiyyəti haqqında xoş sözlər söylədi.

Kitabxananın Konfrans zalında keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak edirdilər. Yüksək səviyyədə keçirilən təqdimat mərasimi və kitabın məziyyəti haqqında mətbuatda ətraflı məqalələr dərc edildi.

Peşəkar qələm ustası Aslan Aslanovun Ulu öndərin xilaskarlıq missiyasına, dövlət quruculuğuna və diplomatiya sahəsindəki fəaliyyətinə həsr olunmuş həmin kitabını oxuduqdan sonra belə qənaətə gəldim ki, kitabda öz əksini tapan elə məqamlar var ki, onlar Ümummilli liderin şəxsi keyfiyyətlərini, onun xarakterik cizgilərini daha aydın şəkildə oxuculara çatdırılır. Hansı ki, həmin məqamların bir qismi rəsmi informasiya vasitələrində öz əksini tapmamışdır.

Hələ orta əsrlərdə belə qayda mövcud idi ki, dövlət başçılarının səfərlərini, onların hərbi yürüşlərini salnaməçilər müşayiət edirdilər. Salnaməçilər şahidi olduqları hadisələri, diplomatik görüşləri, mühüm tarixi məqamları qeydə alırdılar. Bu gün tarixçilər üçün qiymətli mənbə hesab edilən İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") adlanan üçcildlik əsərində Səfəvi hökmdarı Şah I Abbasın həyat və fəaliyyəti işıqlandırılmaqla yanaşı, həmin dövrün ictimai-siyasi prosesləri, ölkəni iqtisadi mənzərəsi əks etdirilir. Hesab edirəm ki, Aslan Aslanovun bundan sonra da salnamə səciyyəsində işıq üzü görəcəyi kitabları Ümummilli liderin həyat və fəaliyyətini, Azərbaycan diplomatiyasının keşməkeşli səhifələrini, dövrümüzün real mənzərəsini öyrənənlər üçün qiymətli əyani vasitə olacaqdır.

Müasir Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiya tarixini öyrənənlər üçün belə kitabların canlı şahidlər tərəfindən yazmasının xüsusi əhəmiyyəti vardır.

Bu məsuliyyətli və şərəfli missiyasını uğurla davam etdirməsi üçün Aslan müəllimə möhkəm cansağlığı arzulayıram.

Nazim MUSTAFA,

Tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı




Baxış sayı: 145
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30