FACT-INFO.AZ » AKTUAL » Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür
22-10-2026, 18:00 | AKTUAL
Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür

Azərbaycan-Ermənistan münasibətlərində son dövrün əsas reallığı ondan ibarətdir ki, regionda davamlı sülh üçün siyasi və hüquqi çərçivə formalaşıb. Azərbaycan sülh gündəliyinə sadiqliyini dəfələrlə nümayiş etdirib və bundan sonra da bu mövqeyini dəyişmək niyyətində deyil. Lakin sülh yalnız bəyanatlarla deyil, konkret siyasi qərarlar və razılaşdırılan öhdəliklərin ardıcıl icrası ilə mümkündür. Bu baxımdan Ermənistan tərəfindən son aylarda nümayiş etdirilən yanaşma müəyyən suallar doğurur. Parlament seçkiləri, yeni hökumətin formalaşması və hökumət proqramının qəbulundan sonra sülh prosesində daha intensiv və konkret addımların atılacağı gözlənilirdi. Əvəzində isə real siyasi qərarlardan daha çox müxtəlif bəyanatlar, ziddiyyətli mesajlar və prosesin mahiyyətini dəyişdirməyə yönələn müzakirələr müşahidə olunur.

Bu sözləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Deputat qeyd edib ki, razılaşdırılan sülh gündəliyi dəyişdirilə bilməz. Çünki Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Yəni sülh prosesində yeni şərtlər yaratmağa, əvvəldən razılaşdırılmış məsələləri yenidən müzakirəyə çıxarmağa və prosesin mahiyyətini dəyişdirməyə ehtiyac yoxdur. Çünki davamlı sülhün əsas prinsipləri artıq müəyyən olunub. Azərbaycan üçün ən mühüm məsələlərdən biri Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bu məsələ yalnız texniki və ya daxili siyasi xarakter daşımır. Söhbət iki dövlət arasında bağlanacaq sülh müqaviləsinin gələcəkdə hüquqi mübahisələr üçün zəmin yaratmamasından gedir. Məhz bu səbəbdən Ermənistanın yeni Konstitusiya prosesini sürətləndirməsi və nəticədə ərazi iddialarının hüquqi müstəvidən çıxarılması sülh prosesinin məntiqi tərkib hissəsidir. Referendumun vaxtı və onun keçirilməsi ilə bağlı qərar isə Ermənistanın öz siyasi iradəsindən asılıdır. Azərbaycan bu prosesi diktə etmir, lakin sülh müqaviləsinin dayanıqlılığını təmin edən əsas şərtlərdən geri çəkilməyəcəyini açıq şəkildə bildirir. Burada Azərbaycanın mövqeyinin əsas üstünlüyü ondan ibarətdir ki, rəsmi Bakı emosional qərarlar deyil, uzunmüddətli dövlət maraqlarına əsaslanan yanaşma nümayiş etdirir. Azərbaycan bir neçə il ərzində səbir və strateji ardıcıllıq göstərərək öz məqsədlərinə nail olub. Buna görə də Ermənistanın müəyyən məsələləri zaman amilindən istifadə etməklə təxirə salacağı gözləntisi real görünmür. Ermənistan Baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağı barədə proqnozu da məhz bu kontekstdə qiymətləndirilməlidir. Sülh müqaviləsinin imzalanmasını beş il sonrakı tarixə bağlamaq real siyasi prosesin sürəti ilə uyğun gəlmir.

“Sülh üçün zəruri şərtlər yerinə yetirilirsə, müqavilənin imzalanmasını süni şəkildə gələcəyə təxirə salmağa ehtiyac yoxdur. Bu baxımdan 2031-ci il konkret siyasi tarixdən daha çox, Ermənistan rəhbərliyinin prosesə münasibətini göstərən siyasi mesaj kimi görünür. Azərbaycan isə tarixlərin süni şəkildə uzaqlaşdırılmasına deyil, konkret nəticəyə üstünlük verir.

Son dövrdə eksklav və anklavlar məsələsinin yenidən gündəmə gətirilməsi də sülh prosesində əlavə suallar yaradır. Əgər bu məsələ hökumətlərarası komissiyanın gündəliyində müzakirə edilməyibsə, onun siyasi bəyanatlar vasitəsilə əvvəlcədən şərtləndirilməsi danışıqlar prosesinin effektivliyinə xidmət etmir. Azərbaycanın mövqeyi burada da aydındır. Belə ki, mübahisəli məsələlər hüquqi və institusional mexanizmlər çərçivəsində müzakirə edilə bilər. Lakin razılaşdırılmayan məsələlərin sanki əldə edilmiş razılaşma kimi təqdimi qəbuledilməzdir.

Eyni yanaşma sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə də aiddir. Azərbaycan bu prosesin hüquqi əsaslar və qarşılıqlı razılaşmalar əsasında davam etdirilməsində maraqlıdır. Sərhəddə baş verən ayrı-ayrı insidentlər isə prosesin siyasi manipulyasiya predmetinə çevrilməməlidir”, - deyə deputat bildirib.

Bu gün regionun qarşısında tarixi fürsət olduğunu vurğulayan Jalə Əliyeva qeyd edib ki, Azərbaycan sülh üçün öz iradəsini ortaya qoyub. İndi məsələ Ermənistanın siyasi iradəsindən asılıdır. Ermənistan nə qədər tez konkret addımlar atsa, regionda uzunmüddətli sabitlik və əməkdaşlıq bir o qədər tez təmin oluna bilər. (Azərtac)




Baxış sayı: 185
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30