Məqalədə bildirilir ki, XX yüzilliyin əvvəllərində erməni daşnaklarının qanlı qırğınları nəticəsində ancaq Azərbaycan xalqının deyil, digər türkdilli xalqların nümayəndələri də öldürülüb, sürgün edilib. Mirzoyan 1918-ci ildə Azərbaycanda qanlı mart qırğınlarında fəal iştirak edib. 1926-1929-cu illərdə Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində işləyən Mirzoyan türkdilli xalqlara qarşı amansız terrorçuluq əməlləri törədib. Bir müddət Perm şəhərinə işlədikdən sonra Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə gətirilib. O, Qazaxıstanda öz məkrli planlarından əl çəkməyib, qazaxların kütləvi qırılmasına əmr verib.
Məqalədə “Kontinent-A” Regional Problemlərin Öyrənilməsi Mərkəzinin rəylərindən də istifadə edilib. Mərkəzin tədqiqatlarında deyilir ki, 1930-cu illərdə 5 milyon qazax məhv edilib və ya aclıqdan ölüb ki, bu da o zaman bu ölkədə yaşayan qazaxların yarısından çoxunu təşkil edir. L.Mirzoyan tanınmış qazax ədibləri Saken Seyfullin, Maqjan Jumabaev, Axmet Bayturısnov və digər bu kimi minlərlə insanı məhv edib. 1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib.(Azərtac)
Baxış sayı: 1 719
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

