Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb.
Fact-info.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası (MR) Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında 13 il ərzində kameralar vasitəsilə aparılan monitorinqlər zamanı yeni doğulmuş bəbir balaları müşahidə edilib.
Monitorinqlər zamanı əvvəlki dövrlərdə təxminən iki ildən bir bəbir balalarına rast gəlinirdisə, son illərdə bu göstərici artıb və artıq hər il yeni doğulmuş balalar qeydə alınır.
Məlumata görə, Zəngəzur dağlarında doğulan bəbir balaları böyüdükdən sonra ətraf ölkələrin ərazilərinə yayılır. Onlardan biri Türkiyənin Qara dəniz bölgəsinə qədər gedib çıxıb.
Monitorinqlərin aparıldığı 13 il ərzində Zəngəzur dağlarında 15-dən artıq bəbir balasının doğulduğu və yetkinlik yaşına qədər böyüdüyü müəyyənləşdirilib.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
