AMEA Rəqəmsal Akademiyanın Süni intellekt və elektron xidmətlər şöbəsinin təşkilatçılığı, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin koordinatorluğu ilə “Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlimin ilk modulu keçirilib.
İnstitutdan Fact-info.az-a bildirilib ki, təlimin açılışında Tarix və Etnologiya İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev çıxış edərək süni intellekt texnologiyalarının tarix və etnologiya elmlərində tətbiqinin əhəmiyyətindən danışıb.
AMEA Rəqəmsal Akademiyanın Süni intellekt və elektron xidmətlər şöbəsinin əməkdaşı, təlimçi Aygün Əliyeva “İnsanlar, elmlər və süni intellekt” və “Süni intellekt etikası - Azərbaycan tarixi üçün” mövzularında təqdimatla çıxış edib.
Təlimçi müasir elmi tədqiqatlarda süni intellektin rolu, elm və texnologiyanın qarşılıqlı əlaqəsi, tədqiqat prosesində süni intellekt alətlərindən istifadə imkanları, həmçinin bu texnologiyalardan istifadənin etik aspektləri barədə məlumat verib. Azərbaycan tarixinin öyrənilməsi və tədqiqində süni intellekt texnologiyalarından istifadənin imkanları, bu prosesdə elmi və etik prinsiplərin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Nigar Camalova tarixi-etnoloji tədqiqatlarda süni intellektin tətbiqi istiqamətləri və mərhələləri barədə məlumat verib. O, həmçinin elmi tədqiqatlarda əsas götürülən süni intellekt etikası prinsiplərindən danışıb.
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, süni intellektin elmi tədqiqatlarda tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
