FACT-INFO.AZ » XƏBƏR » BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub
1-10-2026, 18:00 | XƏBƏR
BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

Azərbaycan Milli QHT Forumuna üzv təşkilatının təmsilçisi Nigar Ramazanova oktyabrın 1-də İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində keçirilən iclasda çıxış edib.

 Nigar Ramazanova çıxışında cəzasızlığın mövcud olduğu şəraitdə davamlı sülhün və insan hüquqlarının təmin edilməsinin mümkünsüzlüyünü bildirib. Qeyd edib ki, münaqişə və işğal illərində azərbaycanlılara qarşı ağır cinayətlər törədilib, lakin hazırda Ermənistanda yaşayan şəxslərdən heç biri məsuliyyətə cəlb edilməyib. Ermənistan cəmiyyətinin bəzi təbəqələri isə həmin şəxsləri qəhrəman kimi təqdim edirlər. Bu isə beynəlxalq ədalət prinsiplərinə ziddir və xalqlar arasında həqiqi barışığa maneə yaradır.

Çıxışda Ermənistan cəmiyyətində revanşist fikirlərin artması da narahatedici məsələ kimi qeyd olunub. Vurğulanıb ki, Azərbaycana qarşı yenidən təcavüzə çağıran, ərazi iddiaları irəli sürən bəzi şəxslər və təşkilatlar hələ də fəaliyyət göstərirlər.

Davamlı sülhə nail olmaq üçün konkret addımların atılmasının vacibliyini qeyd edən Nigar Ramazanova keçmişdə törədilmiş müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olduğunu deyib. O, həmçinin zorakılığa çağıran revanşist təşkilatların fəaliyyətinə son qoyulmasının və qonşu ölkələrə qarşı ərazi iddialarını təşviq edən strukturların ləğv edilməsinin vacibliyini diqqətə çatdırıb.

Bununla yanaşı, mədəni irs məsələsinə də toxunub. Vurğulanıb ki, işğal dövründə Azərbaycanın ərazilərindən bir çox qiymətli mədəniyyət nümunələri Ermənistana aparılıb. O, dünyada oğurlanmış mədəni sərvətlərin geri qaytarılması ilə bağlı çoxsaylı müsbət nümunələrin mövcud olduğunu qeyd edərək, Ermənistanı işğal dövründə Azərbaycandan aparılmış mədəniyyət nümunələrini geri qaytarmağa çağırıb.

Nigar Ramazanova, həmçinin “Christian Solidarity International” təşkilatının ölkəmizi hədəf alan əsassız bəyanat və fəaliyyətlərinin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh və normallaşma prosesinə mənfi təsir göstərdiyini bildirib.




Baxış sayı: 120
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30