FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi
1-10-2026, 17:00 | MƏDƏNİYYƏT
“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun birgə təşkil etdiyi “Sərhədsiz incəsənət” sərgisi açılıb. Bu sərgi “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun tədbiri oldu. Şabranda bir həftə ərzində dünyanın hər yerindən istedadlı rəssamlar öz ideyalarını, təəssüratlarını və emosiyalarını rəsm əsərlərində əks etdirib, ideya və təcrübə mübadiləsi aparıblar. Nəticələr açıq yekun sərgidə ictimaiyyətə təqdim olunub.

Yekun sərgidə layihə iştirakçılarının əsərləri nümayiş olunub: Nazim Şah (Azərbaycan), Luka Ququşvili (Gürcüstan), Daçe Strausa (Latviya), Dovile Tomkute (Litva), Stasis Juraşka (Litva), Fərhad Abdi (İran), Zəhra Həbibizas (İran), Zəkəriyyə Erdinç (Türkiyə), İbrahim Vəlixocayev (Özbəkistan) və Avqust Künnapu (Estoniya).

Yekun sərgini Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı və professor Fərhad Xəlilov açıb. O, bu cür yaradıcı görüşlərin ölkələr arasında mədəni əməkdaşlıq üçün unikal bir fürsət yaratdığını vurğulayıb. Fərhad Xəlilov simpoziumun nəticəsi olaraq bir çox xarici rəssamın ölkəmizə səfər etdiyini və bunun rəssamlarımızla mədəni əməkdaşlığın və yaradıcılıq əlaqələrinin qurulmasına və inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Sərgidə iştirak edən xarici rəssamlara Azərbaycan Rəssamlar İttifaqının diplomları və hədiyyələri təqdim edilib. Simpozium iştirakçıları yaradılan şəraitə görə Azərbaycan Rəssamlar İttifaqına minnətdarlıqlarını bildiriblər.





Baxış sayı: 125
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30