FACT-INFO.AZ » İQTİSADİYYAT » Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir
1-10-2026, 18:00 | İQTİSADİYYAT
Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir

Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq 60-dan çox istiqamət üzrə inkişaf edir və onların əhəmiyyətli hissəsi iqtisadiyyatla bağlıdır.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Onun sözlərinə görə, iqtisadi əlaqələrin möhkəmləndirilməsində TDT-nin tabeliyində fəaliyyət göstərən strukturlar, xüsusilə Türk Dövlətləri Ticarət və Sənaye Palatası da mühüm rol oynayır. Digər vacib mexanizmlərdən biri bu il fəaliyyətə başlayan Türk İnvestisiya Fondudur. Fondun kapitalı 600 milyon dollar təşkil edir.

“Bütün bu qurumlar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha sistemli və səmərəli şəkildə inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Ölkələrimizin ümumi xarici ticarət dövriyyəsi təxminən 1,2 trilyon dollar təşkil edir. Cəmi üç-dörd il əvvəl TDT dövlətləri arasında qarşılıqlı ticarətin payı təxminən 3 faiz idisə, bu gün həmin göstərici 7 faizə çatıb. Yaxın gələcəkdə bu göstəricinin 10 faizə yüksələcəyini gözləyirik. Bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndiyini əyani şəkildə göstərir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə xidmət edən normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də paralel olaraq iş aparılır: “Xüsusilə də elektron ticarət sahəsində saziş ratifikasiya edilib. Bunun praktiki həyata keçirilməsinin qarşılıqlı ticarətin həcminin daha da artmasına imkan verəcəyi gözlənilir”.

Rəqəmsal transformasiya şəraitində əməkdaşlığın perspektivlərinə toxunan K.Ömüralıyev Təşkilat çərçivəsində rəqəmsal texnologiyaların inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

“Türküstanda keçirilmiş sammitin əsas mövzularından biri rəqəmsallaşma və süni intellekt olub. Bu, dövlətlərimizin və bütövlükdə Təşkilatın rəqəmsal transformasiyanı əməkdaşlığın prioritet istiqamətlərindən biri hesab etdiyini göstərir. Artıq bir sıra birgə təşəbbüslər həyata keçirilir. Perspektivli istiqamətlərdən biri kosmik sahədə əməkdaşlıq, o cümlədən birgə peyk layihəsi üzərində işdir”, – deyə o əlavə edib.

Baş katib rəqəmsal infrastrukturun inkişaf etdirilməsinin və TDT dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyinə də diqqət çəkib. Bu kontekstdə o, Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə rabitə xəttinin çəkilməsi ilə bağlı layihəni qeyd edib. Onun fikrincə, layihənin həyata keçirilməsi regionda rəqəmsal qarşılıqlı əlaqə imkanlarının genişlənməsinə şərait yaradacaq.

Orta Dəhlizin potensialından maksimum səmərəli istifadə etmək məqsədilə uzunmüddətli əməkdaşlığın perspektivlərinə toxunan K.Ömüralıyev bildirib ki, son illərdə bu nəqliyyat marşrutunun rolu əhəmiyyətli dərəcədə artıb. Zəngəzur dəhlizi və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu da daxil olmaqla, yeni nəqliyyat əlaqələrinin inkişafı sayəsində Orta Dəhlizin imkanları genişlənəcək. Bu isə marşrutun ötürücülük qabiliyyətinin və daşınan yüklərin həcminin artırılmasına imkan verəcək: “Əslində, söhbət tarixi İpək Yolunun müasir dövrdə yenidən canlanmasından gedir. Ölkələrimiz və bütövlükdə region əsrlər boyu Asiya ilə Avropa arasında əlaqələrin təmin olunmasında mühüm rol oynayıb. Bu gün həmin potensial yenidən strateji əhəmiyyət kəsb edir. Məhz buna görə biz nəqliyyat əməkdaşlığının və Orta Dəhlizin gələcək inkişafında böyük perspektivlər görürük”.




Baxış sayı: 140
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30