Heydər Əliyev Fondundan verilən məlumata görə, gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin Paris sənətsevərlərinin xatirində unudulmaz təəssürat yaratdığını bildirib.(apa)
Xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib.
Parisdə baş tutan bu konsert Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələr silsiləsindəndir. Bu konsert də, Fondun Azərbaycanın xaricdə təbliği istiqamətində reallaşdırdığı mühüm layihələr sırasına daxil olub.
Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirilib. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rəngarəng görüntülər yaradıb və tamaşaçıların böyük marağına səbəb olub.
Baxış sayı: 2 449
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

