Şuşada Meksika Respublikasının Müstəqillik Günü qeyd olunub.
Fact-info.az Trend-ə istinadən xəbər verir ki, rəsmi qəbulda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero çıxış ediblər.
Tədbirdə Viktoriya Romero bildirib ki, Meksika Azərbaycanla investisiya və ticarət mübadiləsini intensivləşdirmək niyyətindədir. O, iki ölkə arasında iqtisadi münasibətlərin möhkəmləndiyini və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Hikmət Hacıyev isə Azərbaycanın Meksikanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi davamlı və qətiyyətli dəstəyi yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Azərbaycan və Meksika arasında yaxın siyasi əlaqələr və fəal siyasi dialoq mövcuddur.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Şuşa diplomatik paytaxtlardan biri kimi özünü göstərir və digər ölkələrin şəhər günlərinin Şuşada keçirilməsi bunun göstəricisidir.
Baxış sayı: 120
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
