FACT-INFO.AZ » MEDİA » Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
11-09-2026, 20:00 | MEDİA
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub

SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova qlobal iqlim gündəliyinin formalaşmasında fəallıq göstərən Azərbaycanın beynəlxalq əməkdaşlığı dəstəkləyən təşəbbüslərlə çıxış etdiyini, Bakı İqlim Fəaliyyəti Həftəsinin də bu baxımdan mühüm əhəmiyyətə malik platforma olduğunu bildirib.

SOCAR-ın Enerji Dialoqu Platforması təşəbbüsünün maraqlı tərəflər arasında açıq və davamlı dialoq mühitinin formalaşdırılması məqsədi daşıdığını bildirən Aygün Hüseynova bu çərçivədə cari ildə media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyaları barədə məlumat verib.

Milli Məclisin deputatı, ⁠COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu, Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai çıxışında Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29-un qlobal iqlim gündəliyində mühüm nailiyyətlərə imza atdığını qeyd edərək Bakı İqlim Fəaliyyəti Həftəsinin də məhz bu konfransın irsini yaşadan davamlı platforma kimi təsis olunduğunu vurğulayıb.

Nigar Arpadarai media nümayəndələrinin həm COP29 çərçivəsində qəbul olunan öhdəliklərin, həm də Bakı İqlim Fəaliyyəti Həftəsi prosesinin ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynadıqlarını deyib.

Gənclərin Bakı İqlim Fəaliyyəti Həftəsinə olan marağının ildən-ilə artdığını söyləyən COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tədbirin gənclərin iqlim gündəliyində daha fəal iştirakına, innovativ ideyalarının təşviqinə və onların gələcək inkişafına xidmət edən mühüm platformaya çevrildiyini bildirib.

Daha sonra dəyirmi masa müzakirələrlə davam etdirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.




Baxış sayı: 125
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30