FACT-INFO.AZ » İQTİSADİYYAT » Dayanıqlı enerji mərkəzlərinin iqlimə dözümlülüyün təşviqində roluna dair regional dialoq baş tutub
10-09-2026, 20:30 | İQTİSADİYYAT
Dayanıqlı enerji mərkəzlərinin iqlimə dözümlülüyün təşviqində roluna dair regional dialoq baş tutub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Dayanıqlı enerji mərkəzlərinin iqlimə dözümlülüyün, innovasiyaların və enerji keçidlərinin təşviqində roluna dair regional dialoq” mövzusunda müzakirələr aparılıb.

Fact-info.az xəbər verir ki, tədbirdə dayanıqlı enerji sistemlərinin inkişafı, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, innovativ texnologiyaların tətbiqi və regional əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev çıxışında qlobal enerji keçidinin sürətləndirilməsi üçün bərpaolunan enerjinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, enerji şəbəkələrinin müasirləşdirilməsi və yeni texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərin reallaşdırılması əhəmiyyətli investisiyalar tələb edir.

BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) layihə inzibatçısı Marinett Qayon regional dayanıqlı enerji mərkəzlərinin yaradılmasının və onların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə təşəbbüslər regional iqtisadi birliklərlə tərəfdaşlıq çərçivəsində həyata keçirilir və enerji keçidinin sürətləndirilməsinə töhfə verir.

Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzinin (BYTİLM) sədri Saken Kalkamanov çıxışında dayanıqlı enerji sahəsində innovativ həllərin tətbiqinin və yaşıl texnologiyalara investisiyaların artırılmasının vacibliyindən danışıb. O, regional əməkdaşlığın genişləndirilməsinin enerji təhlükəsizliyinin və iqlimə davamlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai isə enerji keçidinin yalnız texnoloji transformasiya deyil, eyni zamanda, iqtisadi və sosial inkişaf məsələsi olduğunu vurğulayıb. O, özəl sektorun, dövlət qurumlarının və beynəlxalq tərəfdaşların birgə fəaliyyətinin dayanıqlı enerji layihələrinin genişləndirilməsi üçün mühüm olduğunu qeyd edib.




Baxış sayı: 115
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30