FACT-INFO.AZ » QHT » Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
20-08-2026, 08:30 | QHT
Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və onlara qarşı kiberdələduzluq halları kəskin şəkildə artmaqdadır.

Araşdırmalar göstərir ki, dələduzlar vətəndaşların maddi vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş şəkildə istifadə edirlər.

Fact-info.az xəbər verir ki, onların tətbiq etdiyi əsas üsullar və mexanizmlər aşağıdakılardır:

Saxta yaxın profilləri (borc istənilməsi): Dələduzlar sosial şəbəkələrdən dostunuzun və ya qohumunuzun şəklini və adını oğurlayaraq saxta profil yaradırlar. Həmin şəxsin adından sizə yazaraq müxtəlif bəhanələrlə (məsələn: “xəstəxanadayam, təcili pul lazımdır, mənə 500 manat göndər, yarım saata qaytaracağam” və s.) təcili pul köçürmənizi xahiş edirlər.

Psixoloji təzyiq zəngləri: Özünü bank və ya hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxslər zəng edərək vətəndaşı təşvişə salırlar (məsələn: “Adınıza qanunsuz kredit götürülüb” və ya “Kartınızdan terrorçulara pul köçürülür, günahsız olduğunuzu sübut etmək və məsuliyyətdən azad olmaq üçün təcili kart məlumatlarınızı və SMS-lə gələn kodu bizə deyin, yaxud pul göndərin həll edək və s.”). Bir çox hallarda nisbətən məlumatsız və yaşlı nəslin nümayəndələri hədəf seçilir; əvvəlcə tanıdıqları şəxslərin adından onlara mesajlar göndərilir (məsələn, “Hüquq-mühafizə orqanının filan adlı əməkdaşı sizinlə əlaqə saxlayacaq, problem yaranmaması üçün dediklərini et”). Vətəndaş “tanıdığı” şəxsə inanaraq saxta hüquq-mühafizə orqanı əməkdaşı ilə danışır, məlumatları onlara təqdim edir, hətta adına “kreditlərin silinməsi" bəhanəsi ilə yenidən kredit götürüb onlara göndərməyə və s. fəaliyyətlərə sövq edilir.

Saxta investisiya və qazanc vədləri: Sosial şəbəkələrdə qısa müddətdə yüksək gəlir təklif edən yalançı elanlar yerləşdirirlər (məsələn: “10 manat yatır, 1 saata 200 manat qazan”). Vətəndaş ilkin olaraq az məbləğ köçürür, sistemdə saxta artım göstərilərək onu daha çox pul yatırmağa həvəsləndirirlər və sonda bütün vəsaiti mənimsəyib yoxa çıxırlar.

Fişinq hücumları: Məşhur elan və ya poçt xidmətlərinin rəsmi saytlarına bənzər saxta keçidlər göndərirlər (məsələn: “Məhsulunuz alınıb, pulu kartınıza köçürmək üçün bu linkə daxil olun, beh üçün kart məlumatlarınızı göndərin” və s.). Vətəndaş həmin saxta səhifəyə kart məlumatlarını və şifrəsini daxil edən kimi balansındakı bütün pullar silinir.

Saxta bildirişlər: Vətəndaşlara uydurma cərimə, kommunal borc və ya vergi bildirişləri göndərirlər (məsələn: “Sizin 45 manat cəriməniz var, dərhal bu linkdən ödəyin, əks halda avtomobiliniz duracağa aparılacaq və ya məhkəməyə veriləcəksiniz”). Vətəndaş tələsik şəkildə saxta keçidə daxil olaraq kart məlumatlarını qurban verir.

Vətəndaşlara tövsiyələr

Kiberhücumlardan qorunmaq və dələduzluq qurbanına çevrilməmək üçün vətəndaşlardan aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur:

Yaxınlarınızdan gələn müraciətləri yoxlayın: Tanışlarınızdan təcili pul köçürməyi xahiş edən mesajlar daxil olduqda, dərhal həmin şəxsə zəng edərək və ya digər vasitələrlə vəziyyəti birbaşa özü ilə dəqiqləşdirin.

Məxfi məlumatları heç kimlə paylaşmayın: Banklar, dövlət qurumları və ya digər rəsmi təşkilatlar heç vaxt telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PİN kod, CVC/CVV nömrəsi və ya SMS-də gələn təsdiq kodunu tələb etmirlər.

Şübhəli keçidlərə daxil olmayın: Tanımadığınız şəxslərdən gələn və ya “pulu almaq üçün keçidə daxil olun” tipli mesajlardakı linklərə klikləməyin. Xidmətlərdən yalnız rəsmi tətbiqlər vasitəsilə istifadə edin.

Təşvişə qapılmayın: “Hesabınızdan pul çıxarılır”, “adınıza kredit götürülüb” və ya “terrorçulara pul köçürülüb” kimi zənglər aldığınız zaman dərhal əlaqəni kəsin və özünü təqdim edən şəxsin əməkdaşı olduğunu bildirdiyi qurumun rəsmi, tanınan nömrəsi və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayın.

Vətəndaşlardan rəqəmsal mühitdə ayıq-sayıq olmağı, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə həssaslıqla yanaşmağı xahiş edilir!




Baxış sayı: 115
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30