Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib.
Tədbirdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin əməkdaşları, QHT və media nümayəndələri iştirak ediblər.
Katibliyin icraçı direktoru Fərasət Qurbanov təsviri hesabatların elektron qəbulu proqramının yaradılmasının şəffaflığın, həmçinin hesabatların təqdim edilməsinin asanlaşdırılması və bu sahədə xidmətin keyfiyyətinin artırılması məqsədi daşıdığını diqqətə çatdırıb. İcraçı direktor qeyd edib ki, maliyyə hesabatları 2013-cü ildən elektron qaydada qəbul edilir. Bu ildən etibarən isə təsviri hesabatların da elektron qaydada qəbulu prosesinə başlanıb. QHT-lərin bütün hesabatları onların fərdi elektron kabinetlərində yerləşdiriləcək.
Toplantıda çıxış edən Şura üzvü, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov təmsil etdiyi qurumun öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına xüsusi diqqət ayırdığını deyib. Şura üzvü elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Katibliyin həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib.
Şahin İsmayılov Şuranın www.e-qht.az saytının “e-ərizə” və “e-hesabat” bölmələrinin proqram təminatının yeniləşdirilməsinin də bu baxımından atılan mühüm addım olduğunu vurğulayıb. Şura üzvü QHT-lərin qrant müsabiqələrinə təqdim etdikləri layihələrin aktuallıq və səmərəlilik cəhətdən mövcud olan problemləri haqqında danışaraq təşkilatların innovativ təşəbbüslərlə çıxış etməsinin vacibliyini qeyd edib. Ş. İsmayılov QHT-lərin müqavilə öhdəliklərinin icrası zamanı yol verdikləri qüsurların donor-resepient münasibətlərində doğuracağı nəticələrlə də bağlı fikirlərini bildirib.
Katibliyin məsləhətçisi Toğrul Turabov adıçəkilən proqramın “Təsviri Hesabat”, “Faylların yüklənməsi” və “Yazışmalar” bölmələri haqqında ətraflı məlumat verib. Tədbirdə proqramdan istifadə qaydalarının izahından bəhs edən təqdimat nümayiş etdirilib və QHT nümayəndələrinin sualları cavablandırılıb.
Baxış sayı: 1 584
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

