FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Kino Günü münasibətilə təşkil olunacaq tədbirlər
30-07-2026, 11:00 | MƏDƏNİYYƏT
Kino Günü münasibətilə təşkil olunacaq tədbirlər

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi tərəfindən Azərbaycan Kinosu Günü münasibətilə “Ulduzların işığında” ümumi adı altında Bakıda və digər şəhərlərdə milli kinomuza həsr olunmuş müxtəlif formatlı silsilə tədbirlər keçiriləcək.

İyulun 31-də Nizami Kino Mərkəzində Kino Günü münasibətilə təşkil olunacaq xüsusi tədbirdə milli kino sənayemizin il ərzində məhsuldar fəaliyyət göstərən təmsilçiləri mükafatlandırılacaq və yeni istehsal edilən ekran əsərləri izləyicilərə təqdim olunacaq.

Avqustun 1-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino axşamı keçiriləcək. Kino Agentliyi və “Azərbaycanfilm” Kinostudiyasının birgə təşkil etdiyi tədbir çərçivəsində qonaqlar üçün kinostudiya ərazisində ekskursiya təşkil olunacaq, real çəkiliş prosesini izləmək imkanı yaradılacaq, DJ performansının müşayiəti ilə mural təqdimatından ibarət vizual proqram təqdim olunacaq. Bununla yanaşı, “Bəyin oğurlanması” və “Gün keçdi” filmlərinin açıq havada nümayişi reallaşacaq.

Eyni zamanda, regionlarda və Bakının müxtəlif yerlərində həm qapalı, həm açıq məkanlarda – kinoteatrlarda, mədəniyyət mərkəzlərində, parklarda həm yeni, həm də klassik filmlərimizin kinosevərlər üçün nümayişi təşkil olunacaq.

Azərbaycan Kinosu Günü münasibətilə, həmçinin televiziya kanalları və yerli striminq platformalarında milli filmlərimizin təbliği həftəsinin keçirilməsi planlaşdırılıb.

Avqustun 1-dən 7-dək “KinoBox” platformasında klassik Azərbaycan kinosunun unudulmaz ekran əsərlərini ödənişsiz izləmək mümkün olacaq.

Beləliklə, bütün tədbirlər əsl kino bayramı ab-havasını bəxş edəcək.




Baxış sayı: 50
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30