Xalq şairi Zəlimxan Yaqubun ata ocağında – Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində ev-muzeyi yaradılır.
Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğlu bildirib ki, ölməz söz ustadının xatirəsini doğma Borçalıda əbədiləşdirmək üçün Kəpənəkçi kəndində, doğulub boya-başa çatdığı evin həyətində ayrıca ev-muzeyin tikintisinə başlanılıb.
M.Nəbioğlu onu da əlavə edib ki, əslində, Borçalıda – Kəpənəkçi kəndində bir “Poeziya Evi”nin olması Zəlimxan Yaqubun özünün də arzusu olub: “Bu gün bu arzu reallaşdırılır. Z.Yaqubun ev-muzeyi həm də saz-söz sevərlər üçün müqəddəs bir ocağa çevriləcək, ziyarətçilər Türk dünyasının sevimlisi olan bu böyük söz ustadının keçdiyi ömür yolu və kitabları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Burada müxtəlif ədəbi tədbirlər keçiriləcək, ustad aşıqların və şairlərin yubileyləri qeyd olunacaq. Bu mədəniyyət ocağı həm də Azərbaycan-gürcü ədəbi əlaqələrinin daha da inkişafına töhfələr verəcək”.
Onunun sözlərinə görə, ev-muzeyinin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
