FACT-INFO.AZ » CƏMİYYƏT » “Avropa İttifaqının Cənubi Qafqazdakı rolu” mövzusunda konfransda Ermənistanın təcavüzkarlığından bəhs edilib
20-05-2017, 12:15 | CƏMİYYƏT
“Avropa İttifaqının Cənubi Qafqazdakı rolu” mövzusunda konfransda Ermənistanın təcavüzkarlığından bəhs edilib

Varşava İqtisadiyyat Universitetinin Siyasi Elmlər üzrə Tədqiqat Mərkəzi Avropa Diplomatiya Akademiyası ilə birgə “Avropa İttifaqının Cənubi Qafqazdakı rolu” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Konfransın “Azərbaycan-Avropa İttifaqı münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin bu münasibətlərdəki rolu” mövzusuna həsr olunan panel iclasında çıxış edən Fransada beynəlxalq hüquq üzrə təhsil almış və hazırda yüksək təhsilini Avropa Kollecində davam etdirən həmyerlimiz Tural Həsənov Avropa İttifaqının münaqişə ilə bağlı passiv rolunu və nümayiş etdirdiyi ikili standartları tənqid edib. O bildirib ki, Avropa İttifaqı münaqişəsinin həlli məsələsində daha aktiv olmalıdır.

Ermənistanın Amerika Universitetinin təmsilçisi Tatevik Azizyanın konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini müdafiə etmək cəhdi həmyerlimizin arqumentləri qarşısında kölgədə qalıb. T.Həsənov Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal etdiyini, nəticədə bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü, müharibə zamanı Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədildiyini vurğulayıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğal edilməsini qınayan və ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təsdiq edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə təcavüzkar qüvvələrin işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilib. Digər beynəlxalq təşkilatlar da oxşar sənədlər qəbul ediblər. Lakin Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina edir, həmin ərazilərin fiziki, demoqrafik və mədəni xüsusiyyətlərini dəyişdirir, münaqişənin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirərək status-kvonun möhkəmlənməsinə çalışır.

Həmyerlimiz vurğulayıb ki, beynəlxalq hüquqa əməl olunmalıdır. Beynəlxalq ictimaiyyət bununla bağlı qətiyyətli mövqe nümayiş etdirməli, Ermənistana təzyiq göstərməlidir.

 

 

 

 

 

 




Baxış sayı: 1 725
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30