Estoniya mətbuatı Azərbaycanın rəqəmsal, texnoloji yeniliklərindən bəhs edən "İnanılmaz Azərbaycan: icbari Mobil İD, m-rezidentlik, dövlətlərarası rəqəmsal imzalar" başlıqlı məqalə dərc edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR-meneceri Zənurə Talıbova AZƏRTAC-a bildirib.
Məqalədə qeyd edilib ki, Azərbaycanda əmək müqavilələri yalnız elektron qaydada həyata keçirilir. Ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar Mobil-İD xidmətləri göstərirlər.
Estoniyanın www.postimees.ee saytında dərc olunan məqalədə Azərbaycan-Estoniya Ticarət Palatasının sədri Yana Krimpenin də mövqeyi öyrənilib. O xüsusilə "Asan İmza" texnologiyasının başlıca üstünlüklərindən danışıb.
Məqalədə, eyni zamanda, "Azexport" elektron satış platformasından və Rəqəmsal Ticarət Qovşağından da bəhs olunub. Bildirilib ki, "Azexport" portalı sahibkarlar üçün ixrac prosedurlarını sadələşdirib ki, bu vasitə ilə də kiçik və orta sahibkarların işləri asanlaşmış olur. "Azexport portalı "Alibaba", "e-Bay" və "allbiz" kimi iri portallara inteqrasiya olunub. Bu əməkdaşlıq sayəsində təkcə 3 ay ərzində "Azexport" portalı vasitəsilə 100 milyon dollarlıq ixrac təklifi olunub.
Eston dilində dərc olunan məqalə artıq rus və ingilis dillərinə də tərcümə olunub.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Baxış sayı: 1 687
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

