FACT-INFO.AZ » SİYASƏT » Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür
21-11-2025, 10:00 | SİYASƏT
Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür

 Yeni Azərbaycan Partiyasının təsis edilməsi XX əsrin sonlarında ölkəmizdə yaşanan mürəkkəb və təhlükəli ictimai-siyasi proseslərin fonunda tarixi zərurət kimi meydana çıxdı. Həmin dövrdə Azərbaycanda siyasi böhran dərinləşir, dövlət idarəçiliyində səriştəsizlik artır, separatizm meyilləri genişlənir, vətəndaş müharibəsi alovlanır, Ermənistanın təcavüzü ağır nəticələrə səbəb olurdu. Müstəqilliyini yeni bərpa etmiş ölkənin gələcəyi real təhlükə altına düşmüşdü. Belə bir şəraitdə xalqın əsas ümid yeri müdrik dövlət xadimi, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyev idi.

Ölkəmizin tanınmış ziyalıları 1992-ci ilin oktyabrında Ümummilli Liderə müraciət edərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyev 1992-ci il 24 oktyabr tarixli məktubunda bu təklifə razılıq verərək Azərbaycanın taleyinin həll olunacağı yeni bir siyasi mərhələnin əsasını qoydu.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Bu hadisə Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşməsində həlledici rol oynadı. Həmin dövrdə ölkədə hökm sürən xaos, iqtisadi tənəzzül, siyasi çəkişmələr və müharibənin fəsadları dövlətçiliyi ciddi təhlükə altına almışdı. Ümummilli Liderin siyasi arenaya qayıdışı nəticəsində xalqın xilası prosesi başladı, Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçiliyin bünövrəsi möhkəmləndirildi, idarəçilik sistemi yenidən quruldu. Qısa müddətdə ölkədə sabitlik təmin olundu, iqtisadi islahatların əsası qoyuldu, Azərbaycanın dünya dövlətləri arasında mövqeyi gücləndirildi. Yeni Azərbaycan Partiyasına göstərilən böyük dəstək isə xalqın Ümummilli Liderinə sonsuz etimadının parlaq təcəssümü oldu.

Xalqımızın dahi oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün müstəqil Azərbaycanın əsas ideoloji dayağını təşkil edir və Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.





Baxış sayı: 190
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30