FACT-INFO.AZ » SİYASƏT » Kubanıçbek Ömüralıyev: Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatımızın daha da güclənəcəyinə inanıram
19-11-2025, 20:00 | SİYASƏT
Kubanıçbek Ömüralıyev: Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatımızın daha da güclənəcəyinə inanıram

Mərkəzi Asiya ilə Azərbaycanın münasibətləri olduqca güclü strateji səviyyədədir. Bir neçə gün əvvəl Daşkənddə keçirilən toplantıda Azərbaycanın Mərkəzi Asiya platformasına üzv qəbul edilməsi də bunun əsas göstəricisidir.

Bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

O qeyd edib ki, TDT 16 il əvvəl Azərbaycanda, yəni Naxçıvanda yaradılıb. Bu il isə Qəbələ sammitində Azərbaycan təşkilata sədrliyi öz üzərinə götürüb. “Əlbəttə ki, bu sədrlik dövründə təşkilatımızın daha da güclənəcəyinə inanıram. Çünki Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə Türk dünyasının bir ailə olduğunu bildirib. Bu, Azərbaycanın Türk dünyasına nə qədər önəm verdiyini, onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Hazırda biz xarici siyasət, iqtisadiyyat, kənd təsərrüfatı, idman, gənclər siyasəti, texnologiya, innovasiya, kosmik sahə və digər istiqamətlər də daxil olmaqla 45-dən çox sahədə əməkdaşlıq edirik. Bu səbəbdən, Azərbaycan sədrliyi dövründə təşkilatımızın daha da güclənəcəyinə inanıram”,- deyə Baş katib vurğulayıb.

Kubanıçbek Ömüralıyev TDT-də humanitar əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu deyib: “Ötən il Bişkek sammitində təşkilata üzv ölkələr arasında mülki müdafiə mexanizminin yaradılması barədə qərar qəbul edilib. Bu proses davam edir. “Qırmızı Şəbəkə” platforması da məhz Bişkek sammitində yaradılıb. Bu bir il ərzində onlar çox aktiv fəaliyyət göstəriblər, xüsusilə də zəlzələ, daşqın, quraqlıq və digər təbii fəlakətlər zamanı bir-birlərinə yardım ediblər. Bundan başqa, könüllülər üçün təlimlər və düşərgələr də təşkil olunub. Ümid edirəm ki, humanitar sahədəki əməkdaşlığımız yüksələn xətlə davam edəcək”.(Azərtac)

 




Baxış sayı: 75
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30