FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın Mərkəzi Asiya platformasının tamhüquqlu iştirakçısı olması dövlətimizin xarici siyasətinin uğurlarından biridir
17-11-2025, 10:30 | SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya platformasının tamhüquqlu iştirakçısı olması dövlətimizin xarici siyasətinin uğurlarından biridir

Azərbaycanın çoxvektorlu xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əlaqələr həmişə prioritet istiqamətlərdən biri olub. Xüsusilə Prezident İlham Əliyevin 2024-cü ilin fevralında yenidən seçilməsindən sonra inaqurasiya mərasimində “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deməsi bu istiqamətə verilən strateji əhəmiyyəti bir daha göstərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçi Mətin Məmmədli söyləyib. O bildirib ki, Mərkəzi Asiyanın beş dövlətindən dördünün türk respublikası olduğunu nəzərə alsaq, bu regionla əlaqələrin genişləndirilməsi Azərbaycanın əsas geosiyasi hədəflərinə tam uyğundur. Odur ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşününə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi dövlətimizin xarici siyasət uğurlarından biri kimi qiymətləndirilə bilər. Bu, Azərbaycan və Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkanda birləşməsi istiqamətində mühüm strateji qərardır.

“Mərkəzi Asiya bizim üçün yalnız etnik, tarixi və mənəvi yaxınlıq səbəbindən deyil, həm də zəngin təbii sərvətlərə malik bir region olması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə 44 günlük Vətən müharibəsindən sonra artıq fəal regional gücə çevrilib və Mərkəzi Asiya ilə siyasi, iqtisadi və strateji əlaqələrini gücləndirməkdə maraqlıdır.

Azərbaycanı bu regionla bağlayan münasibətlər təkcə ikitərəfli kontekstdə deyil. Coğrafi mövqeyimiz ölkəmizi Cənubi Qafqazla Mərkəzi Asiya, hətta daha böyük Avrasiya məkanını birləşdirən mühüm körpüyə çevirir. Bu baxımdan Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının dərinləşməsi yalnız tərəflərə deyil, bütövlükdə regionun maraqlarına xidmət edir”, - deyə M. Məmmədli vurğulayıb.

Ekspertin sözlərinə görə, son illərin dinamizmi də bunu təsdiqləyir ki, Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərlər edib, həmin ölkələrin liderləri də Bakıya səfərlərini intensivləşdiriblər. Bəzi Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında müttəfiqlik səviyyəsində, digərləri ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər mövcuddur. Bu gün qəbul edilən qərar regional inteqrasiyanın məntiqi davamı kimi çıxış edir.

Artıq Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid geosiyasi və geoiqtisadi məkana çevrilməkdədir. Bu proses həm region dövlətlərinin maraqlarını təmin edir, həm də daha geniş coğrafiyada – Avropa və Asiya arasında qarşılıqlı bağlılığı gücləndirir. Statistik göstəricilərə əsasən, Orta Dəhliz üzərindən yükdaşımalar sürətlə artır və Zəngəzur dəhlizinin açılması ilə bu rəqəmlər daha da yüksələcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dəhlizin Azərbaycan hissəsində işlər artıq tamamlanmaq üzrədir.

“Bütün bu proseslər onu göstərir ki, Azərbaycan və Mərkəzi Asiya arasında inteqrasiya dərinləşir və bu tendensiyanı artıq geri çevirmək mümkün deyil. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan regional gələcəyin əsas dayaqlarından birinə çevrilməkdədir”, - deyə ekspert fikrini yekunlaşdırıb.




Baxış sayı: 125
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30