BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hücumu qınayıb.
Fact-info.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik ənənəvi olaraq keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, BMT-nin Baş katibi Ukraynanın genişmiqyaslı raket və dron zəbələrinə tutulmasını və bunun nəticəsində Kiyevdə 6, Çernomorsk şəhərində isə 2 mülki şəxsin həlak olmasını qətiyyətlə pisləyir.
S.Dujarrik nəzərə çatdırıb ki, raket hücumları zamanı çoxsaylı mülki obyektlərə, enerji infrastrukturuna və Azərbaycan Respublikasının səfirliyinə ciddi ziyan dəyib. Qeyd edib ki, mülki infrastrukturun və diplomatik nümayəndəliklərin atəşə tutulması beynəlxalq humanitar hüquqa ziddir və yolverilməzdir.
BMT rəsmisi vurğulayıb ki, Baş katib çağırış edərək atəşin tamamilə dayandırılmasını, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tanınmasını, beynəlxalq hüququn və BMT-nin nizamnaməsinin bərqərar olmasını istəyir.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
